Azerbaijan Energy Regulatory Agency

Təminat şöbəsində aparıcı mütəxəssis

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
13.11.23 - 13.12.23

İş haqqında məlumat

  • İş bölgüsü üzrə öz vəzifələrinin icrası üçün şöbəyə razılaşdırma üçün daxil olan sənədlərə viza verir; 
  • Vəkalətnamə və ya etibarnamə əsasında agentliyi üçüncü şəxslər qarşısında təmsil edir;
  • Şöbənin fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təmin edir;
  • Şöbənin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili göstərişləri icra edir, o cümlədən şöbənin əməkdaşları arasında aparılmış iş bölgüsü üzrə fəaliyyət göstərir;
  • Şöbənin əsasnaməsində müəyyən edilmiş vəzifələrin həyata keçirilməsi ilə bağlı müvafiq sahədə icrası məcburi göstərişlər verir; 
  • Öz fəaliyyətində qanunvericiliyin tələblərinin pozulmasının qarşısının alınması üzrə tədbirlər görür;
  • İş bölgüsü üzrə şöbənin fəaliyyəti nəticəsində yaranmış statistik məlumatların uçotunu aparır; 
  • Səlahiyyətlərinə aid olan məsələlərlə bağlı konfrans, iclas, seminar və digər tədbirlərdə iştirak edir;
  • İş bölgüsü üzrə agentliyin aparatının mövcud anbarının mədaxil və məxaricinə cavabdehlik daşıyır;
  • İş bölgüsü üzrə agentliyin balansında və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin istifadəsinə nəzarət edir və bununla bağlı tələb olunan hesabatları hazırlayır;
  • Əmək müqaviləsində və şöbənin əsasnaməsində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir və hüquqları həyata keçirir;
  • İş yeri: Bakı şəhəri, Heydər Əliyev pr. 152, Çinar Plaza.

Tələblər

  • Təhsil: Ali (Maliyyə, mühasibat, iqtisadiyyat, idarəetmə və s. aidiyyəti ixtisasları üzrə);
  • Təcrübə: İxtisası üzrə profilinə uyğun 4 ildən az olmayaraq (dövlət satınalmaları üzrə təcrübə arzu olunandır);
  • Kompüter bacarıqları: Excel və Word proqramlarında tam işləmək bacarığı olmalıdır;
  • Dil bilikləri: Azərbaycan dilində səlis və sərbəst agentlik daxili və qurumlararası məktub yazmaq bacarığı olmalıdır, ingilis və ya rus dilini yaxşı səviyyədə bilməlidir;
  • Hesabatların və təqdimatların yüksək səviyyədə hazırlanması bacarığına malik olmalıdır;
  • İqtisadiyyat, maliyyə və mühasibat sahəsi üzrə yüksək səviyyədə biliklərə malik olmalıdır;
  • Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanunu və dövlət satınalmaları barədə digər normativ hüquqi sənədlər barədə tam biliklərə malik olmalıdır;
  • Dövlət satınalmalarının vahid internet portalında tam işləmə bacarığı olmalıdır (dövlət satınalmaları barədə keçirilmiş təlimlər üzrə əldə olunmuş sertifikatlara üstünlük veriləcəkdir).


Oxşar vakansiyalar