Bakı,
Azərbaycan
14.08.24
-
13.09.24
İş haqqında məlumat
- Əməkdaşların təlim və inkişaf ehtiyaclarının müəyyən edilməsi;
- İllik təlim və inkişaf büdcəsinin hazırlanması;
- Təlim prosedurlarının hazırlanması və ya yenilənməsi;
- Təlimin effektivliyinin ölçülməsi və əməkdaşların işinə verdiyi töhfənin qiymətləndirilməsi;
- İşçi heyətinə mütəmadi təlimlərin verilməsi üçün daxili təlimçi bazasını formalaşdırması və həmin prosesi idarə etməsi;
- Yeni əməkdaşlar üçün şirkətin missiyası, fəaliyyəti, daxili prosedurları, korporativ mədəniyyət üzrə orientasiyanın keçirilməsi;
- Sınaq müddəti ərzində yeni əməkdaşların bölmədaxili təlim prosesinə nəzarət edilməsi;
- Sınaq müddətində olan əməkdaşların xətti menecer ilə birgə dəyərləndirilməsi;
- İşə qəbul edilən yeni əməkdaşlar üçün orientasiya planının hazırlanması və müvafiq təlimlərin təşkil edilməsi;
- İşçilərin səriştə və bacarıqlarının qiymətləndirilərək onlar üçün inkişaf planının hazırlanması və davamçı yetişdirmə proqramlarının həyata keçirilməsi;
- Bölmələr arası rotasiyaların həyata keçirilməsi üçün əməkdaşların müvafiq təlimləndirilməsi üzrə “coach”ların təyin edilməsi;
- Təlimlə bağlı görülən işlər haqqında aylıq, rüblük, illik hesabatların hazırlanması;
- Şirkət daxilində performans İdarəetmə və fəaliyyətin qiymətləndirilməsi prosesinin həyata keçirilməsi;
- Yeni təlimlərin və təlim materiallarının hazırlanması;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi;
- İş qrafiki: 5 günlük;
- İş saatı: 09:00 - 18:00.
Tələblər
- Təhsil: Ali təhsil (humanitar/iqtisadi);
- Təcrübə: İnsan Resursları sahəsində ən azı 1 il iş təcrübəsi, Təlim və İnkişaf, Performans İdarəetmə Proseslərində ən azı 1 il iş təcrübəsi;
- Dil bilikləri: Səlis Azərbaycan dili, rus dili və ya ingilis dilini yüksək səviyyədə bilmək mütləqdir;
- Kompüter bacarıqları: MS Office Proqramlarında peşəkar işləmək bacarığı;
- Ənənəvi və müasir təlim metodları ilə tanışlıq;
- Peşəkar ünsiyyət və təqdimetmə bacarıqlarına malik olmalıdır;
- İdarəetmə və təşkilatçılıq qabiliyyəti;
- Mentorluq və təlimvermə bacarığı.
Təhsil və elm
Təhsil