Barratson

Təlim və inkişaf meneceri

800 - 900 ₼ 229
Tam iş günü
Bakı, Azərbaycan
15.01.24 - 14.02.24

İş haqqında məlumat

  • Əməkdaşların təlim və inkişaf ehtiyaclarının müəyyən edilməsi;
  • İllik təlim və inkişaf büdcəsinin hazırlanması;
  • Təlim prosedurlarının və inkişaf proqramlarının işlənib hazırlanması;
  • Təlimin effektivliyinin ölçülməsi və əməkdaşların işinə verdiyi töhfənin qiymətləndirilməsi;
  • Daxili təlimçi bazasının formalaşdırılması və idarəedilməsi;
  • Yeni əməkdaşlar üçün şirkətin missiyası, fəaliyyəti, daxili prosedurları, korporativ mədəniyyət üzrə orientasiyanın keçirilməsi;
  • Sınaq müddəti ərzində yeni əməkdaşların bölmədaxili təlim prosesinə nəzarət edilməsi;
  • Sınaq müddətində olan əməkdaşların xətti menecer ilə birgə dəyərləndirilməsi;
  • İşə qəbul edilən yeni əməkdaşlar üçün orientasiya planının hazırlanması və müvafiq təlimlərin təşkil edilməsi;
  • İşçilərin səriştə və bacarıqlarının qiymətləndirilərək onlar üçün inkişaf planının hazırlanması və davamçı yetişdirmə proqramlarının həyata keçirilməsi;
  • Bölmələr arası rotasiyaların həyata keçirilməsi üçün əməkdaşların müvafiq təlimləndirilməsi üzrə “coach”ların  təyin edilməsi;
  • Təlimlə bağlı görülən işlər haqqında aylıq, rüblük, illik hesabatlar hazırlamaq; 
  • Şirkət daxilində performans İdarəetmə və fəaliyyətin qiymətləndirilməsi prosesini həyata keçirmək;
  • Yeni təlimlərin və təlim materiallarının hazırlanması;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi;
  • İş qrafiki: 5 günlük;
  • İş saatı: 09:00 - 18:00.

Tələblər

  • Təhsil: Ali (humanitar, iqtisadi);
  • Təcrübə: Təlim və inkişaf, performans idarəetmə proseslərində minumum 2 il iş təcrübəsi;
  • Dil bilikləri: Səlis Azərbaycan dili, rus dili və ingilis dili biliyi üstünlükdür;
  • Kompüter bacarıqları: MS Office proqramlarında peşəkar işləmək bacarığı;
  • Ənənəvi və müasir təlim metodları ilə tanışlıq;
  • Peşəkar ünsiyyət və təqdimetmə bacarıqlarına malik olmalı;
  • İdarəetmə və təşkilatçılıq qabiliyyəti;
  • Mentorluq bacarığı.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar