Bakı,
Azərbaycan
15.05.23
-
14.06.23
İş haqqında məlumat
- İnsan Resursları işə qəbul komandasının təlim ehtiyaclarının monitorinq edilməsi və müəyyənləşdirilməsi;
- İşçilərin peşəkarlıq səviyyəsinin təlimlər vasitəsilə yüksəldilməsi üçün tədbirlər planı hazırlamaq və icra etmək;
- Müəyyən edilmiş büdcə və illik təlim planına müvafiq olaraq, aylıq təlim fəaliyyətlərini planlaşdırmaq və aparmaq;
- Təlimlərin, seminarların təşkili, biliklərin tədris olunmasında bilavasitə iştirak;
- Təlim prosesi üzrə qabaqcıl təcrübənin öyrənilməsi və işdə tətbiqi;
- Aparılan təlimlərin nəticələrinin qiymətləndirilməsi və s;
- Məlumatın səmərəli, vaxtında və düzgün toplanılması texnikasından istifadə etməklə, işçilərin peşəkar inkişaflarının gedişatının təhlil edilməsi;
- Təlim və inkişaf fəaliyyətləri üzrə mütəmadi hesabatlar hazırlamaq, təhlillər həyata keçirməkdə dəstək olmaq.
Tələblər
- Təhsil: Ali;
- Təcrübə: Təlim və inkişaf sahəsində minimum 3 il;
- Dil bilikləri: Sərbəst ingilis dili biliyi;
- Kompüter bacarıqları: MS Office bilikləri (MS Excel və MS Power Point yaxşı səviyyədə);
- Məsuliyyətlilik, planlama və təşkiletmə, əməkdaşlıq, effektiv ünsiyyət, təqdimetmə,problem həll etmə bacarığı;
- Təlim, öyrənmə və inkişaf sahəsində nəzəri və praktiki biliklər.
İnzibati, Biznes, İdarəetmə
Turizm
Elanın müddəti bitmişdir