BERC Group

Telesatış mütəxəssisi

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
11.10.23 - 10.11.23

İş haqqında məlumat

  • Şirkətin xidmətlərini potensial müştərilərə tanıtmaq üçün şirkət tərəfindən təqdim edilmiş müştəri bazası əsasında zəng vasitəsilə satışların edilməsi;
  • Marketinq vasitəsilə cəlb edilmiş potensial müştəri bazası ilə iş;
  • İş adamları, kiçik və orta biznes subyektlərinin BERC şirkətlər qrupunun professional xidmətlərinə olan ehtiyaclarının ilkin müəyyənləşdirilməsi və bu ehtiyacların əlaqədar şöbələrə ötürülməsi;
  • Telefon zəngləri vasitəsilə aktiv axtarış və potensial müştərilərin cəlb edilməsi;
  • Təklif edilən xidmətlər haqqında müştərilərə dolğun informasiyanın təqdim edilməsi ilə onların məlumatlandırılması və real müştəri bazasının artırılması;
  • Müştərilərin cəlbi istiqamətində görüşlərin təşkili və təkliflərin hazırlanması;
  • Daxil olan sifarişlərin qəbulu, onların müvafiq proqram təminatına işlənməsi və informasiyanın digər müvafiq şöbələrə yönləndirməsi;
  • Sağlam müştəri münasibətlərin korporativ standartlara və biznes etikasına uyğun formada qurulması;
  • Müştəri etirazlarının idarə olunması və onların şirkətin potensial müştərisinə çevrilməsi istiqamətində iş;
  • Xidmətlərin təşviqi və ya şirkət xidmətlərinin göstərilməsi üzrə müştərilərlə telefon danışıqları ilə bağlı rəhbər tərəfindən hər hansı digər tapşırıqların yerinə yetirilməsi;
  • Şirkətdə və xidmət göstərdiyi müəssisələrdə karyera yüksəlişi imkanı;
  • Müxtəlif biznes sahələrini dərindən öyrənmək fürsəti;
  • Sahibkarlar və rəhbərlərlə işgüzar münasibətlər;
  • Korporativ nömrə və danışıq paketi.

Tələblər

  • Cinsi: Xanım;
  • Təhsil: Ali (İqtisadiyyat üzrə bakalavr təhsili);
  • Təcrübə: Müvafiq sahə üzrə minimum 1 il (vergi və maliyyə xidmətlərinin korporativ satışı, eyni zamanda bank və sığorta sektorunda analoji təcrübənin olması üstünlükdür);
  • Kompüter bacarıqları: MS Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Dil bilikləri: Azərbaycan dilində səlis və başa düşülən danışıq üslubuna sahib olması (rus dili üzrə bilikləri olması üstünlükdür);
  • İqtisadi biliklərin olması vacibdir;
  • Səbrli, səmimi kimi xarakterik xüsusiyyətlərə sahib olmaq;
  • Müxtəlif şəxsiyyət tiplərinə uyğunlaşma;
  • Prioritetləri təyin etmək və vaxtı səmərəli idarə etmək bacarığı;
  • Aktiv dinləmə ilə yanaşı güclü telefon və şifahi ünsiyyət bacarıqları;
  • Komanda ilə işləmək bacarığı;
  • Müştərilərlə ünsiyyət qurması və öz sahəsində işgüzar münasibətləri idarə edə bilməsi;
  • Bank və BOKT təcrübəsi olan, vergi, mühasibat, maliyyə, gömrük, logistika və hüquq sahəsi üzrə təcrübə və bilikləri olan namizədlərə üstünlük veriləcək;
  • Peşəkar təqdimetmə və inandırma bacarığı.


Oxşar vakansiyalar