Azərpoçt

Tele-satış üzrə mütəxəssis

Ə/h razılaşma ilə 42
Tam iş günü
Bakı, Azərbaycan
04.12.24 - 04.01.25

İş haqqında məlumat

  • Mövcud və potensial müştərilərlə telefon danışıqlarının aparılması, şirkətin məhsul və xidmətlərinin təqdim edilməsi;
  • Müştərilərin tələblərinin və ehtiyaclarının müəyyən edilməsi, uyğun məhsul və ya xidmətlərin təklif edilməsi;
  • Qoyulmuş satış hədəflərinə çatmaq və ya onları aşmaq məqsədilə aktiv satış fəaliyyəti;
  • Satış kampaniyaları çərçivəsində müştərilərin məlumatlandırılması və stimullaşdırılması;
  • Müştəri məlumatlarının və zənglərin düzgün qeydiyyatının aparılması, əlaqələrin izlənməsi;
  • Hər bir müştəri ilə əlaqənin tarixinə uyğun olaraq yenidən əlaqə saxlamaq;
  • Mövcud müştərilərlə uzunmüddətli əlaqələrin qurulması və qorunması;
  • Müştəri məmnuniyyətinin təmin edilməsi və onların şirkətə olan bağlılığının artırılması;
  • Şirkətin məhsul və xidmətlərinin üstünlüklərinin müştərilərə izah edilməsi;
  • Satış üçün lazım olan məhsul biliklərinin davamlı yenilənməsi və inkişaf etdirilməsi;
  • Satış fəaliyyəti barədə günlük, həftəlik və aylıq hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Satış nəticələrinin təhlili və təkmilləşdirilməsi üçün təkliflərin verilməsi;
  • Satış komandası ilə sıx əməkdaşlıq etmək, təcrübə və məlumat mübadiləsi aparmaq;
  • Birgə satış hədəflərinin yerinə yetirilməsi üçün komanda daxilində koordinasiya;
  • Korporativ nömrə ilə təmin olunma; 
  • 5 günlük iş həftəsi (Bazar ertəsi-Cümə); 
  • İş yeri: Bakı şəh,Nəsimi ray, Drogalnı döngəsi, 702-cı məhəllə (28 may metrosu yaxınlığı).

Tələblər

  • Ali təhsil (İqtisadiyyat, Marketinq, biznes və ya kommunikasiya sahəsində təhsil üstünlükdür);
  • Güclü analitik düşüncə, Problemlərin effektiv həll edilməsi bacarığı, Yüksək səviyyədə təşəbbüskarlıq, Araşdırma və bazar təhlili bacarıqları;
  • Satış sahəsində, xüsusən də telefon satışlarında iş təcrübəsi (1-2) il böyük üstünlükdür;
  • Azərbaycan və Rus dilini yüksək səviyyədə bilməsi (ingilis dili arzu olunandır);
  • Microsoft Office proqramlarını (Word, Excel, PowerPoint, Outlook) yaxşı səviyyədə bilmək;
  • Mükəmməl satış və ünsiyyət bacarıqları;
  • Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində  “Tele-satış üzrə mütəxəssis” qeyd etməklə CV-lərini elektron poçt ünvanına göndərə bilərlər. 


Oxşar vakansiyalar