Bakı,
Azərbaycan
08.05.23
-
07.06.23
İş haqqında məlumat
- Kritik sistem elementləri üçün təchizat zəncirinə bağlı riskləri hazırlamaq və sənədləşdirmək;
- Proqram təminatını, proqram təminatının həyat tskili boyu təşkilində ən yaxşı təcrübələri təmin etmək məqsədilə mövcud və yeni proqram təminatlarını hazırlamaq, dəyişmək və gücləndirmək;
- Müəyyən edilmiş tələblərə cavab vermək üçün texniki təhlükəsizlik həlləri hazırlamaq;
- Sistem memarlığını planlaşdırmaq üçün istifadəçi ehtiyaclarını və tələblərini təhlil etmək;
- Müvafiq etibarlı dizayn həllərini seçmək və ya korporativ təhlükəsizlik strategiyası ilə sistem komponentlərinin uyğunluğunu təmin etmək üçün sistem qurucuları ilə əməkdaşlıq etmək;
- Biznes ehtiyaclarını ödəmək üçün sistem memarlığı və ya sistem komponentlərini dizayn etmək;
- Çox səviyyəli təhlükəsizlik tələbləri və ya birdən çox təsnifat səviyyəsinin emalına dair sistem və şəbəkələr üçün informasiya təhlükəsizliyi dizaynlarını təkmilləşdirmək;
- Satınalma həyat tsikli çərçivəsində təşkilatın informasiya təhlükəsizliyini, informasiya təhlükəsizliyi memarlığı və sistemlərin təhlükəsizlik mühəndisliyi tələblərinə sənədləşdirmək və müəyyən etmək;
- Təşkilati maraqlı tərəflərlə birlikdə kritik iş funksiyalarını müəyyənləşdirmək və prioritetləşdirmək;
- Təhlükəsizlik araşdırmalarını həyata keçirmək, təhlükəsizlik arxitekturasındakı boşluqları müəyyən etmək və təhlükəsizlik risklərinin idarə edilməsi planını hazırlamaq.
Tələblər
- Təhsil: Ali (informasiya texnologiyaları, kompüter elmləri, informasiya təhlükəsizliyi və ya tətbiqi riyaziyyat sahəsi üzrə);
- Təcrübə: İnformasiya təhlükəsizliyi sahəsində ən azı 3 il;
- Dil bilikləri: Azərbaycan və ingilis dilləri;
- Kriptoqrafiya və kriptoqrafik açarların idarə edilməsi konsepsiyaları haqqında biliklər;
- İnsan-kompüter qarşılıqlı əlaqə prinsiplərini bilmək;
- Sənaye standartı və təşkilati olaraq qəbul edilmiş təhlil prinsipləri və metodları haqqında biliklər;
- Mənbə kodlaşdırması, kanal kodlaşdırması, alqoritm mürəkkəbliyi nəzəriyyəsi və məlumatların sıxılması daxil olmaqla, məlumat nəzəriyyəsi bilikləri;
- Sistemlərin sınaqdan keçirilməsi və qiymətləndirmə üsulları haqqında biliklər;
- Əsas telekommunikasiya anlayışlarını bilmək;
- Sistem mühəndisliyi prosesini bilmək;
- İnformasiya texnologiyalarını tətbiq etmək və təklif olunan həllərə daxil etmək bacarığı;
- Aparat və proqram həllərinin inteqrasiyasını dizayn etmək bacarığı;
- Dizayn modelləşdirmə və qurma nümunələrində bacarıq;
- Şəbəkə sistemlərinin idarəetmə prinsipləri, modelləri, metodları və alətlər haqqında biliklər;
- İnformasiya təhlükəsizliyi sahəsində beynəlxalq sertifikatlar arzu olunandır.
İnformasiya texnologiyaları
İKT