Bakı,
Azərbaycan
16.08.24
-
15.09.24
İş haqqında məlumat
- Əməkdaşlıq edilən şirkətlərə ödənişlərin borclara və satış şərtlərinə uyğun aparılmasının yoxlanılması;
- Daxili nəzarət sistemlərinin effektivliyinin, uyğunluğunun yoxlanılması və qiymətləndirilməsi;
- Aparılmış yoxlamaların qiymətləndirilməsi və hesabat verilməsi;
- Şirkətin anbarları arasında mal hərəkətinin 1C proqramında baxılması və əməliyyatların düzgünlüyünə nəzarət edilməsi;
- 1C proqramına mədaxil edilmiş yerli satıcılardan daxil olan malların sayının sənədlərə uyğunluğuna nəzarət və alış qiymətindən aşağı satışın qarşısının alınması;
- Referent siyahıya daxil edilmiş qiymətlərin 1C proqramına daxil edilməsi və yoxlanılması;
- Apteklərin yerlərdə audit yoxlamasının təşkili, ümumi dövriyyənin şirkət tələblərinə uyğun olub olmamasının yoxlanılması;
- Şirkət tərəfindən satılan malların apteklər tərəfindən digər satıcılardan alınmasının aşkar edilməsi və qarşısının alınması;
- Apteklərdəki mal qalıqlarının verilən limit və depozitə uyğun olub olmamasının yoxlanılması;
- Aptek daxilində mövcud çeşidlərinin, alış qaimələrinin təhlili;
- Anbarlar üzrə mal qalıqlarının təhlili və uyğunlaşdırılması;
- Anbarlar üzrə sayım-təftiş yoxlamalarının təşkili və həyata keçirilməsinə nəzarət edilməsi;
- Departament rəhbərinin tapşırıqlarına əsasən struktur bölmələr üzrə yoxlamaların təşkili və həyata keçirilməsi;
- Apteklərin cari mal, vergi borclarının təhlilinə nəzarət edilməsi;
- Sığorta nəzarəti orqanı tərəfindən müəyyən edilmiş normativlərin və icrası zəruri olan göstərişlərin, digər norma və məhdudiyyətlərin yerinə yetirilməsi üzrə nəzarətin təmin edilməsi;
- Auditin nəticələri, onların icra müddəti ərzində müvafiq hesabatların tərtib edilməsi.
Tələblər
- Təhsil: Ali iqtisadi təhsil;
- Təcrübə: Müvafiq sahədə 5 ildən az olmayan iş stajı;
- Kompüter bacarıqları: Yüksək səviyyədə texniki (kompüter) bacarığı (MS Windovs, MS Office, 1C və s.);
- Beynəlxalq audit standartları (BAS) üzrə üsullar haqqında biliklər;
- Yaxşı riyazi təhliletmə bacarığı, risklərin idarə olunmasına dair biliklərə malik olma, müşahidə aparmaq və faktları müəyyən etmək bacarığı, hesabatların hazırlanması və yazılması bacarığı.
İnzibati, Biznes, İdarəetmə
Əczaçılıq