Zeytun Pharmaceuticals

Təftiş üzrə şöbə müdiri

Ə/h razılaşma ilə 94
Tam iş günü
Bakı, Azərbaycan
11.07.24 - 10.08.24

İş haqqında məlumat

  • Əməkdaşlıq edilən şirkətlərə ödənişlərin borclara və satış şərtlərinə uyğun aparılmasının yoxlanılması;
  • Daxili nəzarət sistemlərinin effektivliyinin, uyğunluğunun yoxlanılması və qiymətləndirilməsi;
  • Aparılmış yoxlamaların qiymətləndirilməsi və hesabat verilməsi;
  • Şirkətin anbarları arasında mal hərəkətinin 1C proqramında baxılması və əməliyyatların düzgünlüyünə nəzarət edilməsi;
  • 1C proqramına mədaxil edilmiş yerli satıcılardan daxil olan malların sayının sənədlərə uyğunluğuna nəzarət və alış qiymətindən aşağı satışın qarşısının alınması;
  • Referent siyahıya daxil edilmiş qiymətlərin 1C proqramına daxil edilməsi və yoxlanılması;
  • Apteklərin yerlərdə audit yoxlamasının təşkili, ümumi dövriyyənin şirkət tələblərinə uyğun olub olmamasının yoxlanılması;
  • Şirkət tərəfindən satılan malların apteklər tərəfindən digər satıcılardan alınmasının aşkar edilməsi və qarşısının alınması;
  • Apteklərdəki mal qalıqlarının verilən limit və depozitə uyğun olub olmamasının yoxlanılması;
  • Aptek daxilində mövcud çeşidlərinin, alış qaimələrinin təhlili;
  • Anbarlar üzrə mal qalıqlarının təhlili və uyğunlaşdırılması;
  • Anbarlar üzrə sayım-təftiş yoxlamalarının təşkili və həyata keçirilməsinə nəzarət edilməsi;
  • Departament rəhbərinin tapşırıqlarına əsasən struktur bölmələr üzrə yoxlamaların təşkili və həyata keçirilməsi;
  • Apteklərin cari mal, vergi borclarının təhlilinə nəzarət edilməsi;
  • Sığorta nəzarəti orqanı tərəfindən müəyyən edilmiş normativlərin və icrası zəruri olan göstərişlərin, digər norma və məhdudiyyətlərin yerinə yetirilməsi üzrə nəzarətin təmin edilməsi;
  • Auditin nəticələri, onların icra müddəti ərzində müvafiq hesabatların tərtib edilməsi.

Tələblər

  • Təhsil: Ali iqtisadi təhsil;
  • Təcrübə: Müvafiq sahədə 5 ildən az olmayan iş stajı;
  • Kompüter bacarıqları: Yüksək səviyyədə texniki (kompüter) bacarığı (MS Windovs, MS Office, 1C və s.);
  • Beynəlxalq audit standartları (BAS) üzrə üsullar haqqında biliklər;
  • Yaxşı riyazi təhliletmə bacarığı, risklərin idarə olunmasına dair biliklərə malik olma, müşahidə aparmaq və faktları müəyyən etmək bacarığı, hesabatların hazırlanması və yazılması bacarığı.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar