Bakı,
Azərbaycan
29.08.23
-
28.09.23
İş haqqında məlumat
- Şirkətin anbarları arasında mal hərəkətinə 1C proqramı üzrə nəzarət edilməsi və əməliyyatların düzgünlüyünün yoxlanılması;
- 1C proqramına mədaxil edilmiş yerli satıcılardan daxil olan malların sayının sənədlərə uyğunluğuna nəzarət edilməsi və alış qiymətindən aşağı satışın qarşısının alınması;
- Mütəmadi olaraq əməkdaşlıq edilən şirkətlərlə qarşılıqlı hesablaşmaların yoxlanması və aktlaşdırılması;
- Alıcılar və satıcılarla münasibətlərdə risklər üzrə informasiyalar haqqında hesabatların hazırlanması;
- Apteklərin yerlərdə audit yoxlamanmasının təşkili, Zeytun Pharmaceuticals MMC-nin tələblərinə uyğun olub-olmamasının yoxlanılması;
- Zeytun Pharmaceuticals MMC tərəfindən satılan malların apteklər tərəfindən digər satıcılardan alınmasının aşkar edilməsi və qarşısının alınması;
- Zeytun Pharmaceuticals MMC tərəfindən apteklərə ayrılmış depozit və aylıq limitlərə nəzarət edilməsi;
- Zeytun Pharmaceuticals MMC və aptek arasında olan borcların müqayisəsinin aparılması;
- Apteklərdəki mal qalıqlarının verilən limit və depozitə uyğun olub olmamasının yoxlanılması;
- Aptek daxilində mövcud çeşidlərinin, alış qaimələrinin təhlili;
- Nahar və tibbi sığorta şirkət tərəfindən təmin olunur.
Tələblər
- Təhsil: Ali (iqtisadiyyat, idarəetmə, maliyyə və ya mühasibat uçotu üzrə);
- Təcrübə: Sahə üzrə 2-3 il;
- Kompüter bacarıqları: Yüksək səviyyədə MS Office, 1C biliyi;
- Beynəlxalq audit standartları üzrə biliklər;
- Riyazi təhliletmə bacarığı, risklərin idarə olunmasına dair biliklər, müşahidə aparmaq və faktları müəyyən etmək bacarığı;
- Sürücülük vəsiqəsi.
İnzibati, Biznes, İdarəetmə
Əczaçılıq