Bakı,
Azərbaycan
03.02.25
-
03.03.25
İş haqqında məlumat
- Vision Academy-də 3 Aylıq Təcrübə İmkanı!
Vision Academy karyerasına güclü başlanğıc etmək istəyən gəncləri 3 fərqli sahə üzrə 3 aylıq təcrübə proqramına dəvət edir! Bu təcrübə müddətində siz real iş mühitində çalışacaq, praktiki bilik və bacarıqlar əldə edərək gələcək karyeranız üçün möhkəm zəmin yaradacaqsınız; - Təcrübəçi üçün sahələr və seçim imkanları
Namizəd aşağıdakı 3 sahədən birini seçə bilər. Əgər hər üç sahədə işləmək sizin üçün uyğundursa, "Üç sahədən hər hansı biri ola bilər" seçimini qeyd edin; - Tədris işləri üzrə mütəxəssis;
- Satış mütəxəssisi;
- SMM mütəxəssisi;
- 3 Aylıq Təcrübənin Sizə Qatacağı Faydalar
Tədris İşləri Üzrə Mütəxəssis Üçün Təcrübənin Faydaları; - Təhsil Proqramlarının Planlaşdırılması: Tədris materiallarının hazırlanması, dərs cədvəllərinin tərtib edilməsi və effektiv metodların tətbiqi;
- Müəllim Heyəti və Tələbə Əlaqələri: Müəllim və şagird koordinasiyası, tədris prosesinin idarə olunması;
- Yeni Tədris Metodlarının Öyrənilməsi: Müasir təhsil texnologiyaları, interaktiv tədris və motivasiya strategiyalarını mənimsəmək;
- Keyfiyyət və Qiymətləndirmə: Təhsil keyfiyyətinin artırılması üçün tələbələrin inkişafını qiymətləndirmək və inkişaf planları hazırlamaq;
- Təhsil Layihələrinin İdarə Edilməsi: Tədris proqramlarının optimallaşdırılması, yeni kursların yaradılması və bazar ehtiyaclarının araşdırılması;
- Satış Mütəxəssisi Üçün Təcrübənin Faydaları;
- Satış Texnikalarının Öyrənilməsi: Müştəri ilə effektiv ünsiyyət qurmaq, ehtiyaclarını təhlil edərək uyğun həllər təqdim etmək;
- Satış Proseslərinin İdarə Edilməsi: Məhsul və xidmətlərin təqdimatı, müqavilələrin hazırlanması və satışın bağlanması texnikaları;
- Müştəri Bazası İdarəetməsi: Yeni müştərilərin cəlb edilməsi, mövcud müştərilərlə uzunmüddətli əlaqələrin qurulması;
- Satış Strategiyaları və Hədəflər: KPI-lərin təyin edilməsi, satış proseslərinin təkmilləşdirilməsi və nəticələrin izlənilməsi;
- Müştəri Məmnuniyyəti və Problemlərin Həlli: Müştəri narazılıqlarını idarə etmə və effektiv həll yollarını tətbiq etmə;
- SMM Mütəxəssisi Üçün Təcrübənin Faydaları;
- Sosial Media İdarəetməsi: Facebook, Instagram, LinkedIn, TikTok və digər platformalarda səhifə və reklam idarəetməsini öyrənəcək;
- Rəqəmsal Marketinq Bacarıqları: Hədəf auditoriyasının təhlili, məzmun strategiyasının qurulması və reklam kampaniyalarının optimallaşdırılması;
- Kontent Yaratma Təcrübəsi: Kreativ postlar, vizual dizaynlar və video məzmunların hazırlanması ilə işləyəcək;
- Analitika və Hesabatlar: Sosial media performansını izləyərək hesabatların hazırlanması və nəticələrin təhlili;
- Müştəri Əlaqələri: Sosial media üzərindən müştərilərlə ünsiyyət və brendin reputasiyasını qoruma təcrübəsi;
- Ümumi faydalar: real iş mühitində təcrübə;
- Akademik biliklərin praktiki tətbiqi;
- Şəbəkələşmə İmkanları: Sənaye üzrə peşəkar insanlarla əlaqə qurmaq və gələcək karyera fürsətləri yaratmaq;
- Özünəinam və liderlik bacarıqları: Qərarvermə, ünsiyyət və idarəetmə təcrübəsi;
- Portfolionun gücləndirilməsi: Təcrübə müddətində əldə edilən bacarıqları gələcək iş imkanlarında istifadə etmək üçün sertifikat və tövsiyə məktubu almaq;
- İş İmkanı: Təcrübəni uğurla tamamlayan namizədlər Vision Academy-də rəsmi iş təklifi ala bilərlər.
Tələblər
- İş (təcrübə) müddəti: 3 ay (6 iş günü, 09:00 - 18:00);
- 1-ci ay ödənişsiz olacaq, 2-ci və 3-cü ay isə performansa əsasən dəyərləndiriləcək;
- Təcrübəni uğurla tamamlayanlara tövsiyə məktubu və sertifikat veriləcək;
- Bu müddət ərzində fərqlənən təcrübəçilərə rəsmi iş təklifi ediləcək;
- Universitetə qəbul balı: 550+ olanlara üstünlük verilir;
- Müraciət üçün aşağıda qeyd olunan linkdən qeydiyyatdan keçməyiniz (formu düzgün doldurmağınız) xahiş olunur;
- Qeyd: Şərtlərlə tam tanış olun və yalnız razı olduğunuz halda müraciət edin.
Təhsil və elm
Təhsil