West Hospital

Təchizatçı-Anbardar

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
02.04.24 - 02.05.24

İş haqqında məlumat

  • Bazarın müqayisəli təhlilini aparmaq, tələb olunan məhsulları bazarda araşdırmaq, təchizatçı bazasının hazırlanmasını təmin etmək;
  • Təchizatçılarla danışıqlar aparmaq, qiymət endirimlərinin alınmasını təmin etmək;
  • Anbara daxil olan məhsulların qəbulunu, qeydiyyatını və saxlanılmasını təmin etmək;
  • Malları anbara qəbul edərkən, müvafiq sənədlər əsasında malların faktiki miqdarının (yer sayının), qablaşdırılmanın vəziyyətini yoxlamaq;
  • Malların xüsusiyyətindən asılı olaraq anbarda düzgün yerləşdirilməsini və saxlanılmasını təşkil etmək
  • Anbardan mal çıxışına nəzarət etmək;
  • Anbarın iş fəaliyyətini və sifarişlərin icrasını sürətləndirmək məqsədi ilə işləri elektron qayda da proqram üzərindən təmin etmək;
  • Malların yüklənilməsini və boşaldılmasını təmin etmək
  • Sifarişlərin statuslarının izlənilməsi və vaxtı-vaxtında çatdırılmasını təşkil etmək;
  • Anbarın təmiz, səliqəli və nizamlı qaydada saxlanılmasına nəzarət etmək;
  • Həftənin 6günü, saat 09:00-18:00;
  • Bazar qeyri iş günü;
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına görə təyin ediləcək;
  • Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun sənədləşmə.

Tələblər

  • Ali təhsil;
  • Müvafiq sahədə ən azı 3il peşəkar iş təcrübəsi;
  • Etibarlı PC istifadəçisi (Word, Excel, 1C, e-poçt);
  • Azərbaycan dilini yüksək səviyyədə bilməli, rus dili biliyi böyük üstünlükdür;
  • Yüksək səviyyədə şifahi və yazılı danışıqların aparılması bacarığı;
  • Bazarı təhlil etmək bacarığı;
  • Məsuliyyətli və aktiv olmalı.


Oxşar vakansiyalar