Bakı,
Azərbaycan
10.05.24
-
09.06.24
İş haqqında məlumat
- Yerli və xarici bazardan tədarük olunacaq məhsul və xidmətlərin alqı-satqısı ilə məşğul olan firmaları araşdırmaq və firmalar haqqında lazım olan ətraflı məlumat əldə etmək;
- Tədarükçü bazasını yaratmaq və müntəzəm olaraq yeniləmək;
- Daim alternativ xarici və yerli tədarükçü firmaların axtarışını aparmaq, bazar qiymətlərinə tam bələd olmaq;
- Mövcüd təchizatçılarla uyğun iş şərtlərinin razılaşdırılması və müqavilələri bağlamaq;
- Şirkətin fəaliyyəti üçün zəruri olan mal və materialların, avadanlıqların daha əlverişli şərtlərlə təchiz olunması təmin etmək;
- Baş ofis, departamentlər və filiallardan gələn satınalma sifarişlərinin qəbulu və qiymətləndirilməsini yoxlamaq;
- Sifarişin qəbulu, malın çatdırılması, xidmətlərin icrası və tədarükçülərə ödənişlərin icra olunması mərhələlərini əhatə edən satınalma prosesinin tam sənədləşdirilməsi və icrasına nəzarət etmək;
- Tədarükçülərlə bağlanmış müqavilələrin, hazırlanmış qiymət-razılaşdırma protokollarının tələblərinə riayət olunmasına nəzarət etmək;
- Sifarişlərin əvvəlcədən müəyyən edilmiş zaman intervalında icra edilməsini təmin etmək;
- Nahar və nəqliyyat məsrəfləri şirkət tərəfindən qarşılanmır;
- İş qrafiki: 6 günlük;
- İş saatı: 09:00 – 18:00 (Şənbə qısa iş günü).
Tələblər
- Təhsil: Ali;
- Dil bilikləri: Azərbaycan dili səlis, İngilis və Rus dilləri yaxşı;
- Kompüter bacarıqları: MS Office, Logix, 1C proqramlarında işləmək bacarığı;
- Təhlil etmə və analitik düşünmə;
- İdarəetmə, planlaşdırma;
- Dəqiqlik;
- Detallara diqqət;
- Məsuliyyətlilik;
- Təchizat və satınalma sahəsində məlumatlı olmalı.
Satınalma
Tikinti və təmir
Elanın müddəti bitmişdir