Sağlam Ailə

Təchizat və satınalma üzrə mütəxəssis

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
06.04.24 - 06.05.24

İş haqqında məlumat

  • Təchizat proseslərinin hazırlanması, yerinə yetirilməsi və icra olunmasının idarə edilməsi;
  • Satınalma və təchizatla bağlı xşirkətlərlə rəsmi danışıqların aparılması, partnyorların cəlb olunması; 
  • Potensial təchizatçıların və xidmət təminatçılarının məlumat bazasının yaradılması, təchizatçı sorğuları əsasında müntəzəm şəkildə yenilənməsi;  
  • Əsas təchizatçılarla effektiv əlaqələrin və tərəfdaşlığın inkişaf etdirilməsi və idarə edilməsi; 
  • İllik satınalma planının hazırlanması;
  • Satınalmalar üzrə sənədləşdirmə işlərinin aparılması, müqavilələrin hazırlanması;
  • Satınalma risklərinin idarəedilməsi, qiymətləndirilməsi və azaldılması;
  • Şöbələrdən gələn satınalma və ya təchizat tələblərinin nəzərdən keçirilməsi, analiz olunması, satınalma sifarişlərinin hazırlanılması, müəssisənin müəyyən etdiyi siyasət və şərtlərə müvafiq icra edilməsi;
  • Yerli bazarın araşdırılması, qiymət və çeşid üzrə müxtəlif variantların təqdim edilməsi, bençmarkinq, eyni zamanda qiymətlərin optimallaşdırılmasının həlli yollarının təqdim edilməsi; 
  • Məhsulların, avadanlıqların, onların hissələrinin vaxtında və münasib qiymətlərə alınmasının planlaşdırılması və həyata keçirilməsi;
  • Qəbul olunmuş məhsullarda, avadanlıqlarda, onların hissələrində aşkar olunmuş qüsurlar barədə təchizatçının məlumatlandırılması, zəmanət işləri üzrə danışıqların aparılması;
  • Şirkətin yerli və xarici tədbirlərdə, görüşlərdə təmsil olunması;
  • Alınmış mallar və görülmüş işlər barədə hesabatların hazırlanması;
  • İşçi illik check up paketi ilə təmin olunur;
  • İşçinin ailə üzvləri və yaxın qohumları tibbi xidmətlərdə 50 faizlik endirim ilə təmin olunur;
  • İş qrafiki: 5 günlük.

Tələblər

  • Təhsil: Ali;
  • Yaş: 25-35;
  • Təcrübə: Müvafiq məhsulların satınalınması sahəsində minimum 1-2 il iş təcrübəsi olanlara üstünlük verilir;
  • Dil bilikləri: Azərbaycan dilində mükəmməl səviyyədə şifahi və yazılı ünsiyyət qurma bacarığı, Rus və İngilis dili biliyi korporativ səviyyədə bilməlidir;
  • Kompüter bacarıqları: MS Office (MS Word, MS Excel, MS PowerPoint) üzrə mükəmməl biliyin olması; 
  • Planlama, analiz və idarəetmə bacarığı.