Azmədənistehsal MMC

Təchizat üzrə mütəxəssis

Ə/h razılaşma ilə 0
Tam iş günü
Xırdalan, Azərbaycan
17.05.23 - 16.06.23

İş haqqında məlumat

  • Bazarın təhlili, tələb olunan materialların yerli və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlilini təşkil etmək;
  • Ən aşağı qiymət və ən sərfəli kommersiya şərtlərinin əldə edilməsi üçün təchizatçılarla danışıqlar aparmaq, müqavilələr üzrə danışıqlar aparmaq və müvafiq şöbələrlə birgə müqavilələr hazırlamaq, alış sifarişləri, müqavilələri, düzəlişləri hazırlamaq, gündəlik sənədləşmə işlərini həyata keçirilmək;
  • Anbardar ilə birlikdə cəmiyyətə məxsus anbardakı mal qalığını və kritik stoku müəyyənləşdirib, daim nəzarətdə saxlamaq və bundan irəli gələn məsələlərin həllini təmin etmək;
  • Alınan məhsulların müvafiq standartlara cavab verməsinə nəzarət etmək, onların qəbulunda iştirak etmək, ehtiyaclar üzrə vaxtında aidiyyəti müəssisə və qurumlara sifarişlər verilməsi istiqamətində tədbirlər görmək;
  • Cəmiyyətin davamlı fəaliyyətinin təmin edilməsi üçün tədarükçü ehtiyatını daim nəzarətdə saxlamaq, daxili sifariş formalarına uyğun olaraq sifariş edilmiş mal və xidmətlərin təchizatını həyata keçirmək;
  • Əmək intizamına, cəmiyyətdaxili və müəssisədaxili nizam-intizam qaydalarına əməl etmək;
  • İş yerində sanitariya, gigiyena, yanğından mühafizə və texniki təhlükəsizlik qaydalarına əməl etmək;
  • Rəhbərlik tərəfindən verilən yazılı və şifahi tapşırıqları vaxtı - vaxtında, operativ, düzgün və təhlükəsiz icra etmək;
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • İş qrafiki: 5 günlük;
  • İş saatı: 09:00 - 17:00.

Tələblər

  • Təhsil: Ali;
  • Təcrübə: Müvafiq sahə üzrə minimum 3-5 il;
  • Dil bilikləri: Azərbaycan dili səlis, rus və ingilis dili bilikləri əlavə üstünlükdür;
  • Kompüter bacarıqları: MS Office proqramları və 1C ERP-də işləmək bacarığı;
  • Təşkilati, analitik və idarəetmə bacarıqları.

Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar