Star Mining LLC

Təchizat üzrə mütəxəssis

1700 - 2000 ₼ 197
Tam iş günü
Bakı, Azərbaycan
21.05.24 - 20.06.24

İş haqqında məlumat

  • Şirkət prosedurlarına əsasən təchizat şöbəsinin meneceri tərəfindən verilən təlimatlar əsasında mədən sahəsi üzrə xüsusi texnika, ehtiyyat hissələri və xidmətlərin satınalmasını planlaşdırmaq, araşdırmalar aparmaq, tenderlər təşkil etmək, sifarişlər vermək, tədarük prosesində iştirak etmək və malların/xidmətlərin vaxtında təmin edilməsini təşkil etmək;
  • Tədarük spesifikasiyalarının tərtib edilməsinə kömək göstərmək;
  • Beynəlxalq yük daşıma qaydalarını bilmək;
  • Yerli və xarici bazar araşdırmaları aparmaq və yeni təchizatçıları müəyyən etmək;
  • Mövcüd təchizatçılar siyahısında göstərilən və həmçinin yeni yerli və xarici şirkətlərdən təkliflər almaq, dəyərləndirmək, təkliflərin dəyərləndirilməsi hesabatları (müqayisə cədvəlləri) tərtib edərək müqayisəli şəkildə ən sərfəli qiymət və şərtlərlə, keyfiyyətli mallar üçün təklifləri müəyyən etmək və müdiriyyətin təsdiqinə göndərmək;
  • Təchizatçılar ilə danışıqlar aparmaq, görüşlər keçirmək və şirkət üçün ən sərfəli şərtləri razılaşdırmaq;
  • Sifariş edilən mal və avadanlığın anbara logistikasını təşkil etmək;
  • Bütün tələb olunan sənədləşmələri, yazışmaları, danışıqları və təchizat prosesini şirkət üçün ən sərfəli olan yollarla aparmaq;
  • Təchizat şöbəsinin meneceri tərəfindən verilən əlavə tapşırıqları yerinə yetirmək;
  • Nahar şirkət tərəfindən verilir;
  • İşə qəbul əmək məcəlləsinə uyğun aparılır;
  • İş qrafiki: 5 günlük;
  • İş saatı: 09:00 - 18:00.

Tələblər

  • Yaş: 28-45;
  • Təcrübə: Azı 3 il bu sahə üzrə təcrübə;
  • Dil bilikləri: Azərbaycan, Rus və İngilis dillərində yazışma bacarığı;
  • Kompüter bacarıqları: Outlook, Excel və Word proqramlarında peşəkar işləmək bacarığı;
  • Komandada işləmək bacarığı;
  • İşinə məsuliyyətli yanaşma; 
  • Çeviklik.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar