Bakı,
Azərbaycan
13.11.23
-
13.12.23
İş haqqında məlumat
- Təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması, alışların qeydiyyata alınması) işlərinin təşkili;
- Mal və materialların anbara və lazımi strukturlara vaxtında çatdırılmasına nəzarət edilməsi;
- Təchizat sorğularına nəzarət edilməsi, sifarişlərin qəbul edilməsi və alışların icrası;
- Tender və digər müsabiqələrin keçirilməsi üçün mütəmadi bazar araşdırması edərək potensial tədarükçülərin tapılması, qiymət dalğalanmalarının müəyyən edilməsi və yeni həll yollarının hesabat şəklində rəhbərliyə təqdim edilməsi;
- Tədarükçülərlə müqavilələrin bağlanması, müqavilə şərtlərində şirkətin maraqlarının qorunmasına nəzarət edilməsi;
- Satınalma prossesinin vaxtında, prosedur və prosseslərə uyğun, ən əlverişli şərtlərlə həyata keçirilməsinə nəzarət edilməsi;
- Təchiz olunan mal və xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə təchizatçılarla görüşlərin keçirilməsi;
- Rəhbərliyin verdiyi digər tapşırıqların icrası.
Tələblər
- Təhsil: Ali;
- Təcrübə: Müvafiq sahə üzrə ən azı 1 il;
- Kompüter bacarıqları: MS Office proqramlarından yaxşı səviyyədə istifadə bacarıqları;
- Dil bilikləri: Azərbaycan dili əla səviyyədə, orta səviyyədə rus və ingilis dili biliyi;
- Komanda ilə işləmək bacarığı, əməkdaşlıq qabiliyyəti, effektiv ünsiyyət, çeviklik.
Satınalma
Ticarət