Bakı,
Azərbaycan
27.05.24
-
26.06.24
İş haqqında məlumat
- Maddi-texniki təchizatın perspektiv və cari plan, balans layihələrinin hazırlanması, qurum və bölmələrin təmir-istismar ehtiyaclarının, həmçinin maddi resurslara (xammal, materiallar, yarımfabrikatlar, avadanlıqlar, komplektləşdirici məmulatlar, yanacaq, enerji və s.) olan tələbatın müəyyənləşdirilməsi əsasında mütərəqqi xərc normalarından istifadə etməklə lazımi zəruri ehtiyatların qarşılanmasını təmin edir;
- Bu tələbatların daxili ehtiyatlar hesabına ödənilməsi mənbələrini axtarır;
- Yerli və xarici bazarın monitorinqini aparır;
- Bazar üçün əhəmiyyət kəsb edən malların xarici dövlətlərdəki istehsalçılarının tapılması istiqamətində fəaliyyət göstərir;
- Satınalma strategiyasının layihəsinin hazırlanmasında iştirak edir;
- Cari işlərin təqvim planına uyğun olaraq yerinə yetirilməsi məqsədilə lazımi işləri görür;
- Yaranan problemlər barədə birbaşa rəhbərini vaxtında məlumatlandırır, problemlərin səbəblərini araşdırır və gələcəkdə yarana biləcək problemlərin profilaktikası məqsədilə önləyici tədbirlərin həyata keçirilməsində iştirak edir;
- Sənədləri gömrük bəyamnaməsinin hazırlanması üçün müvafiq Gömrük İdarəsinə təqdim edir;
- Gömrük bəyamnaməsinə uyğun olaraq hesablanmış dövlət rüsumunun ödəniləsinə və ödənilmiş dövlət rüsumunun qəbzlərini müvafiq orqanlara (şəxslərə) təqdim edir;
- Gömrük işlərini həyata keçirdiyi zaman rəhbərliyin tapşırıqlarını Azərbaycan Respublikası qanunları çərçivəsində həyata keçirir;
- İdxal olunan məhsulların, mal-materialların, əsas və köməkçi vəsaitlərin gömrük rəsmləşdirilməsi proseslərini təmin edir;
- Şöbə müdiri tərəfindən verilən tapşırıqları yerinə yetirir.
Tələblər
- Təhsil: Ali təhsil;
- Təcrübə: Ən az 3 il (fasiləsiz) iş təcrübəsi olmalı;
- Kompüter bacarıqları: MS Office proqramları, 1C;
- Dil bilikləri: Azərbaycan dili (yazılı və şifahi sərbəst ünsiyyət), digər dillər əlavə üstünlük hesab olunur;
- Tikinti sahələrində istifadə olunan avadanlıq və materiallar haqqında məlumatlar;
- Problemi qısa zaman çərçivəsində həll edə bilmə və analiz etmə bacarığı;
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarını;
- Fövqəladə hallar zamanı davranış qaydalarını.
İnzibati, Biznes, İdarəetmə
Tikinti və təmir
Elanın müddəti bitmişdir