Agro Dairy

Suvarma üzrə koordinator

Ə/h razılaşma ilə 1779
Tam iş günü
Ağstafa, Azərbaycan
17.01.25 - 17.02.25

İş haqqında məlumat

  • Suvarmanın planaması və suvarmanın qeydiyyatı və nəzarətini təmin etmək;
  • Pivotların düzgün işləməsini təmin etmək və texniki problemləri araşdıraraq həll üçün əlaqələndirmək;
  • Nasosxana rezarvarlarının və filtirlərinin təmizlənməsini prosedura uyğun olaraq təmin etmək;
  • Mövsümi prioritetlərə və qrafikə uyğun suvarma sistemlərini işlək vəziyyətdə saxlamaq;
  • Hava şəraitinə nəzarət edib suvarma cədvəlinə düzəlişlər etmək;
  • Soyuq hava şəraitində pivot və nasosları qış mövsümünə hazırlamaq;
  • Suvarma heyyətinin  iş bölgüsü həyata keçirmək  və görülən işlərinə nəzarət etmək;
  • Suvarma heyyətinin davamiyyətini qeyd etmək;
  • Heyyət üzviləri ilə mütamadi olaraq vəzifə təlimatları və təhlükəsizlik texnikası üzrə  təlimatlandırmaq;
  • Suvarma sistemlərinin səmərəli və keyfiyyətli işləməsini təmin etmək üçün mütəmadi sınaqlar aparmaq;
  • Suvarma avadanlıqlarında görülən təmir və ya yenilənmə işləri zamanı görülən işlərin qeydiyyatlarını aparmaq;
  • Şirkət nəqliyyat vasitələrinin və alətlərinin düzgün istifadəsini, qulluq və inventarizasiyasını təmin etmək;
  • Su təmizləyici qurğuların işləməsinə nəzarət etmək və problemləri vaxtında həll etmək.

Tələblər

  • Kənd təsərrüfatı mühəndisliyi, bağçılıq və ya əlaqəli sahədə bakalavr dərəcəsi;
  • Suvarma idarəçiliyində və ya oxşar rolda minimum 3 illik iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili (əla), Rus və İngilis dili biliyi arzu olunandır;
  • Sürücülük vəsiqəsinin olmasi vacibdir;
  • Pivot suvarma sistemləri, nasosxanalar və digər suvarma avadanlıqlarının texniki prinsiplərini bilmək;
  • Ünsiyyət qurmaq və problem həll etmə bacarığı;
  • Yüksək məsuliyyət hissi və dəqiqliyə malik olmaq;
  • Müstəqil və ya komanda daxilində işləmək bacarığı.

Oxşar vakansiyalar