Azersun Holding

Sürücü

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
28.02.23 - 30.03.23

İş haqqında məlumat

  • Şirkətin təqdim etdiyi sifarişlərə əsasən, avtonəqliyyat vasitəsinin qəzasız idarə etmək və onun düzgün texniki istismarını həyata keçirtmək;
  • Məhsulların vaxtında və təhlükəsiz şəkildə lazımi ünvanlara çatdırılmasını təmin etmək;
  • Avtonəqliyyat vasitəsinin gündəlik işə hazırlanmasını, onun ayrı-ayrı hissə və qovşaqlarının baxışını həyata keçirmək, nasazlıqların vaxtında aradan qaldırılması üçün yoxlamalar keçirtmək, aşkar olunmuş nasazlıqları vaxtında bilavasitə aradan qaldırmaq və ya aradan qaldırılmasını təmin etmək;
  • İstifadə etdiyi avtonəqliyyat vasitəsinin istismarı üzrə təlimatların, qüvvədə olan yol hərəkəti qaydalarının bütün tələblərinə şərtsiz riayət etmək;
  • İstifadə etdiyi avtonəqliyyat vasitəsinin sıradan çıxdığı hallarda müvafiq aktların, digər sənədlərin tərtibatında və imzalanmasında iştirak etmək;
  • Əmək və istehsal intizamının, texniki təhlükəsizlik və yanğından mühafizə qaydalarına riayət etmək;
  • İstifadə etdiyi avtonəqliyyat vasitəsi üçün vaxtında şirkətin təsdiq etdiyi formada yol vərəqələrini, habelə yanacaq alınması üçün kartları əldə etmək və təhvil vermək;
  • Avtonəqliyyat vasitəsinin təmir və profilaktik işlərinin aparılması ilə bilavasitə məşğul olmaq;
  • Nahar şirkət tərəfindən təmin edilir;
  • İş qrafiki: 6 günlük;
  • İş saatı: 08:00-dan - 17:00-dək (şənbə günü saat 09:00-dan - 13:00-dək);
  • İstirahət: Bazar günü.

Tələblər

  • Təcrübə: Sürücülük (tır) sahəsində ən azı 3 il iş təcrübəsi olmalı;
  • Şəhər və ölkə daxili əraziləri yaxşı tanımalı;
  • Regionlara getməyə hazır olmalı;
  • İntizamlı, məsuliyyətli, dürüst olmalı;
  • BCE kateqoriyası üzrə sürücülük vəsiqəsi olmalı.
  • Vakansiya ilə maraqlanan şəxslər CV-lərini müvafiq vakansiyanın adını qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərsiniz.


Elanın müddəti bitmişdir