Fortis Group

Sürücü

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
07.11.23 - 07.12.23

İş haqqında məlumat

  • Xəttə çıxış zamanı növbətçi mexaniklə birlikdə avtomobillərin aqreqat və mexanizmlərini yoxlamaq;
  • Avtomobildə təmir üçün lazım olan alətlər, tərtibatlar və qurğuların saz vəziyyətdə olmasını yoxlamaq;
  • Nəqliyyat vasitəsinin idarə edilməsi ilə bağlı müvafiq təhlükəsizlik normalarına və qanunlara riayət etmək,  təhlükəsizlik tələblərinin yerinə yetirilməsini təmin etmək;
  • Hərəkət intensivliyindən asılı olaraq avtomobilin sürətini düzgün seçmək, yaşayış məntəqələrində sürət rejiminə və müvafiq qaydalara ciddi riayət etmək;
  • Nəqliyyat vasitəsinin təmizliyinə və səliqəsinə nəzarət etmək;
  • Nəqliyyat vasitəsinin texniki saz vəziyyətdə olması və komplektliyini yoxlamaq, o cümlədən əyləc sisteminin, sükan idarəsinin, qapıların, güzgülərin saz vəziyyətdə olduğuna əmin olmaq;
  • Nəzarət ölçü cihazlarının (spidometr, manometr, taxometr) işləməsinə diqqət yetirmək;
  • Nəqliyyat vasitəsi ilə daşıdığı yükün və ya hər hansı bir mal-materialın cavabdehliyini daşımaq;
  • Nəqliyyat vasitəsi ilə daşıdığı yükün və ya hər hansı bir mal-materialın sağlam şəkildə çatdırılmasını təmin etmək;
  • Hər hansı bir hadisə zamanı nəqliyyat vasitəsini operativ şəkildə idarə etmək;
  • İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək;
  • Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirmək.

Tələblər

  • Yaş: 25-55;
  • Təcrübə: Müvafiq sahə üzrə;
  • Müvafiq sürücülük vəsiqəsi və kateqoriyası;
  • Fəal və ünsiyyət yaratmaq bacarığı olmalı;
  • Diqqətli və məsuliyyətli olmalı.


Oxşar vakansiyalar