Bakı,
Azərbaycan
10.02.25
-
10.03.25
İş haqqında məlumat
- İşçilər üçün gündəlik, həftəlik və aylıq iş planı hazırlamaq və icrasına nəzarət etmək;
- Layihənin tələblərinə uyğun avadanlıq, alət və materialların sifarişini təşkil etmək;
- İncə işlər üzrə işçi heyətini formalaşdırmaq və lazım olduqda yeni işçilər cəlb etmək;
- Gündəlik görülən işlər haqqında rəhbərliyə hesabat vermək;
- Fit-out və dekorativ işlərin yüksək keyfiyyətdə və texniki şərtlərə uyğun icrasına nəzarət etmək;
- Gipskarton tavan, arakəsmələr, boya, suvaq, laminat, parket, kafel-metlax və digər incə işlərin düzgün quraşdırılmasını və tətbiqini idarə etmək;
- İnteryer və eksteryer işlərində dizayn tələblərinə və layihəyə uyğunluğun təmin olunmasına nəzarət etmək;
- Görülən işlərin tikinti norma və qaydalarına uyğun yerinə yetirilməsinə nəzarət etmək;
- Materialların düzgün istifadəsini və israfın qarşısının alınmasını təmin etmək;
- İşçilərin iş keyfiyyətini və məhsuldarlığını qiymətləndirmək, ehtiyac olduqda onları istiqamətləndirmək;
- İşçilərin iş prosesində təhlükəsizlik qaydalarına tam əməl etməsini təmin etmək;
- Layihənin verilmiş vaxt çərçivəsində tamamlanmasını təmin etmək və gecikmələrin qarşısını almaq;
- İş sahəsində əməkdaşlar arasında koordinasiyanı təmin etmək və texniki problemləri vaxtında həll etmək;
- İş vaxtı: Həftə içi 6 gün;
- Bakı şəhəri, Üzeyir Hacıbəyli 62, Marine Plaza.
Tələblər
- İnşaat və ya fit-out sahəsində minimum 3-5 il təcrübə;
- Komanda idarəetmə bacarığı və kollektivlə işləmə qabiliyyəti;
- Tikinti və interyer işləri ilə bağlı texniki biliklərə malik olmaq;
- Layihə planlarını oxumaq və tətbiq etmək bacarığı;
- Problemləri operativ həll etmə bacarığı və məsuliyyətli olmaq;
- Tikinti normaları və təhlükəsizlik qaydaları haqqında biliklər;
- Müxtəlif materialların (gipskarton, boya, parket, keramika, suvaq və s.) xüsusiyyətlərini bilmək.
Supervayzer
Tikinti və təmir
Elanın müddəti bitmişdir