Bioloji Təbabət Klinikası

Şüa diaqnostikası üzrə həkim

Ə/h razılaşma ilə
Tam iş günü
Masallı, Azərbaycan
24.02.23 - 26.03.23

İş haqqında məlumat

Tibbi praktikada icazə verilən müasir diaqnostika, müalicə, reabilitasiya və profilaktika üsullarını istifadə etməklə şüa diaqnostikası üzrə tibbi xidmət göstərir; Pasientlərin şüa diaqnostikası müayinəsinə hazırlanması, müayinənin aparılması; Müayinə protokolunun tərtibi; Avadanlığının işinə nəzarət, vaxtaşırı texniki baxış və qulluq prosedurlarının keçirilməsinə nəzarət; Tabeçiliyində olan personalın işinə rəhbərlik edir, onlara vəzifə öhdəliklərinin yerinə yetirilməsində yardım göstərir, avadanlıqlardan, dərman preparatları və sərf materiallarından rasional istifadə, təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına riayət edilməsinə nəzarət edir; Qəbul olunmuş qaydalara uyğun olaraq tibbi və digər sənədlərin vaxtında və keyfiyyətli aparılmasını təmin edir; İş qrafiki: 6 günlük; İş saatı: 09:00-dan - 17:00-dək (şənbə günü saat 10:00 – 13:00); İstirahət: Bazar günü.

Tələblər

Təhsil: Sahə üzrə tam ali təhsil; Təcrübə: Bu sahə üzrə ən azı 3 il iş təcrübəsi; Praktik tibb fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən sertifikasiya şəhadətnaməsi; Rentgen, MRT (Maqnit Rezonans Tomoqrafiya) və KT (Kompüter Tomoqrafiya) cihazlarından istifadə bacarığı; İnkişaf və davamlı öyrənmək istəyi (xroniki xəstəliklərin müalicəsində inteqrativ tibbin tətbiqi); Qayğı göstərmək və kömək etmək istəyi. Vakansiya ilə maraqlanan şəxslər CV-lərini müvafiq vakansiyanın adını qeyd etməklə [email protected] mail ünvanına göndərə bilər.



Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar