Bakı,
Azərbaycan
04.09.24
-
04.10.24
İş haqqında məlumat
- SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi) standartlarına, qanunla müəyyənləşdirilmiş tələblərinə, istismar qaydalarına, qurumun prosedurlarına riayət edilməsi;
- Cari təmir çatışmazlıqlarını və nasazlıqlarını aradan qaldırmaq, yağlama, əlavə quraşdırma, montaj işlərinin təlimat və standartlara uyğun edilməsi barədə rəhbərinin yazılı və ya şifahi şəkildə təqdim etdiyi təlimatlara riayət etmək;
- Təmir, quraşdırma zamanı tələb olunan bütün alət və avadanlıqlardan, mexaniki üsulla kəsmə, deşmə, təmizləmə, soyuq kəsim işlərində laqonda, direl, perforator, və s. avadanlıqlardan, həmçinin Oksigen və Plazma kəsici avadanlıqlarlardan kəsmə işlərində düzgün istifadə etmək;
- Yanğın, təbii fəlakətlər zamanı aldığı təlim və təyinata müvafiq olaraq müdaxilə etmək;
- Tələb olunan materialları və ehtiyat hissələrini anbardan çıxarmaq, materiallardan yerində, düzgün və qənaətlə istifadə etməklə verilmiş işləri vaxtında yerinə yetirmək;
- İş yerlərini təmiz saxlamaq, tullantıların idarəedilməsi proseduruna riayət etməklə ətraf mühitin çirklənməsinin qarşısını almaq, iş vəzifə səlahiyyətini aşan vəziyyətlərdə “rəhbərinə” xəbər vermək;
- İnteqrasiya idarəetmə sistemləri fəaliyyətlərinə uyğun olaraq, birbaşa və ya dolayı yolla öz səlahiyyətləri daxilində olan, birlikdə planlaşdırma, tətbiq etmə, monitorinq və təkmilləşdirmə fəaliyyətlərini effektiv şəkildə həyata keçirmək;
- Verilən iş tapşırıqlarını zavod daxili və zavod xaricində səmərəli, qüsursuz və etibarlı şəkildə yerinə yetirmək, müxtəlif tapşırıqlar üçün daim özünü təkmilləşdirmək, Kollektiv şəkildə işləməyi bacarmaq və verilən tapşırıqları kollektiv həll etmək, təlimlərdə fəallıq göstərmək, işi təhlükəsiz, yüksək keyfiyyətdə, işə icazə sənədlərinə uyğun olaraq xətasız görmək;
- Mərkəzləşmiş təmir proseduruna uyğun olaraq zavodda bütün qurğular üzrə fəaliyyət göstərmək;
- İşlədiyi struktur bölmələrdə bütün statik avadanlıqların təftişinin, təmirinin önləyici və bərpaedici prosedurlara, yoxlama siyahılarına və təlimatlara uyğun olaraq yerinə yetirmək;
- İllik, aylıq, həftəlik təmir planlarındakı işləri proqrama uyğun həyata keçirmək;
- SAP programı üzərindən şirkət tərəfindən müəyyən edilmiş öhdəliklərin yerinə yetirmək;
- Zavodda baş verəcək korporativ mədəniyyət dəyişikliyinə töhfə vermək, yeni işləmə prosesinə sürətli şəkildə uyğunlaşma;
- Risklərin qiymətləndirilməsi və idarə olunması prinsiplərinə əməl etmək.
Tələblər
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Orta ixtisas təhsilli (Mexanika sahəsi)
- Beynəlxalq və yerli standartların tələblərinə, təlimatlarına əsaslanaraq bütün statik avadanlıqları sazlamaq və onlara xidmət etməyi bacarmaq;
- Yoxlanışlar aparmaq üçün, hündürlükdə işləmək bacarığı və fiziki olaraq tam sağlam olmalı;
- Odlu və qaz təhlükəli işlərin aparılması sertifikatı üstünlükdür.
- Vakansiya ilə maraqlanan şəxslər https://socardownstream.az/az/vacancy/statik-avadanliqlar-uzre-cilinger linkinə keçid edərək müraciət edə bilər.
Xidmət
Neft və qaz
Elanın müddəti bitmişdir