Mazarina

SQL Developer

2000 ₼ 131
Tam iş günü
Bakı, Azərbaycan
21.11.24 - 21.12.24

İş haqqında məlumat

  • MS SQL Server ilə iş;
  • Proqramçıların hazırladığı SQL sorğuların analiz və tənzimlənməsi;
  • Böyük mürəkkəb SQL sorğuların optimallaşdırılması;
  • Verilənlər bazalarının monitorinq edilərək performans tənzimlənməsi işlərinin görülməsi;
  • Mövcud məlumatları, cədvəlləri, sorğuları, prosedurları, hesabatları və s. (functions, indexes, jobs) təhlil etməsi;
  • Verilənlər bazası, cədvəllər və sorğuların sənədləşdirilməsi;
  • Bir verilənlər bazasının başqa bir verilənlər bazasına (məlumatların) miqrasiya edilməsi;
  • Müxtəlif analitik təhlil və vizuallaşdırma vasitələri ilə istifadəyə yararlı hesabatların hazırlanması;
  • Biznesin tələbinə uyğun yeni hesabatların yazılması və mövcud hesabatlara dəyişiklik edilməsi;
  • İş saatı: 09:00-dan 18:00 dək;
  • İstirahət günləri: Şənbə və bazar;
  • Ünvan: Ələsgər Qayıbov 12/22 (Azera Holding).

Tələblər

  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • SQL (MSSQL, T-SQL) dilini yüksək səviyyədə bilmək;
  • SQL serverin işləmə prinsipləri üzrə dərin biliklər;
  • Məlumat bazasının strukturu üzrə biliklər;
  • Verilənlər bazası sxemini, cədvəlləri və əlaqələri yaratmaq və dəyişdirmək bacarığı;
  • Verilənlər bazası dizaynı və normallaşdırma prinsipləri sahəsində təcrübə;
  • Microsoft Office, Excel, Power BI, Power Query, Power Pivot bilikləri arzuolunandır;
  • Extract, Transform, Load (ETL) prosesləri və alətləri ilə iş təcrübəsi arzuolunandır.
  • ERP LOGO Tiger3 bilikləri arzuolunandır;
  • Müraciət etmək istəyən namizədlər CV-lərini qeyd edilmiş elektron poçt ünvanına mövzu hissəsinə “SQL developer ”qeyd edərək göndərə  bilər.