Bakı,
Azərbaycan
19.07.24
-
18.08.24
İş haqqında məlumat
- Bilavasitə e-kommersiya menecerin rəhbərliyi ilə müəssisənin brendləri, məhsulları və xidmətləri üzrə post plana uyğun postların hazırlanması (Yeni məhsulların təqdimatı, Kampaniyalar, Press-relizlər və s.);
- Mövzuya uyğun cəlbedici veb məzmunun hazırlanması, yəni foto, video mobil çəkilişlər və mobil-redaktə, paylaşılması, effektivliyini izləmək üçün şirkətin marketinq və məhsul komandası ilə əməkdaşlıq;
- Şirkətin bütün sosial şəbəkə hesablarında sosial media kanalları vasitəsilə internet izləyicilərinin və müştərilərin müraciətlərinin, rəylərin çevik, peşəkar cavablandırılması;
- E-kommersiya meneceri və ya Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında yerinə yetirilməsi;
- Hesabatların vaxtı-vaxtında e-mail vasitəsilə E-kommersiya menecerinə təqdim olunması.
Tələblər
- Yaş: 20-36;
- Təhsil: Ali və ya dizayn və ya marketinq sahəsində peşə təhsili;
- Dil bilikləri: Azərbaycan dili - əla, Rus dili – işguzar yazışmalar aparmaq, İngilis dili - intermediate;
- Kompüter bacarıqları: MS Office peşəkar istifadəçi;
- Sosial şəbəkələrdə maksimal “interaction” əldə etmək üçün düzgün foto və video seçmək, mobil telefonla videoçəkiliş və redaktə etmək bacarığı;
- Məzmun tərtibi və idarəetmə;
- Sadə dizayn və videoredaktə proqramları bilikləri (Canva, Cap Cut);
- Fəal, punktual, məsuliyyətli, dəqiq, dürüst və kollektivdə işləmə bacarığı, şəxsi inkişafa meyli olmalı;
- Məqsədyönlülük, planlaşdırma, fors-major və stressli vəziyyətlərə dözümlü olmaq;
- Müraciət edən kişi namizədlərin hərbi xidməti keçmiş olması və ya hərbi xidmətə yararsızlıq haqqında hərbi biletin olması.
SMM
Ticarət
Elanın müddəti bitmişdir