İş haqqında məlumat
• Müəssisənin brendləri, məhsulları və xidmətləri üzrə sosial mediya marketinq strategiyasının hazırlanması və həyata keçirilməsi (Yeni məhsullar, Kampaniyalar, Press-relizlər və s);
• Mövzuya uyğun yüksək keyfiyyətdə cəlbedici kontentin veb məzmunun (mətn, foto, video) hazırlanması, hazırlanmasının təşkili, paylaşılması, effektivliyini izləmək üçün marketinq və məhsul komandası ilə əməkdaşlıq;
• Sosial media üçün həftəlik, aylıq, rüblük məzmun marketinqi təqviminin post planının tərtib edilməsi və plana uyğun postların hazırlanması, il boyu riayət edilməsi;
• Rəqib analizi, meyarların araşdırılması və inkişaf üçün təkliflərin verilməsi;
• Gündəlik şərhlərin və mesajların vaxtında cavablandırılması;
• E-kommersiya meneceri və ya rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında yerinə yetirilməsi;
• Aylıq hesabat hər ayın son günü e-mail vasitəsilə E-kommersiya menecerinə, kommersiya direktoru cc-də olmaqla göndərilməlidir;
• AR Qanunvericiliyinə uyğun rəsmi qeydiyyat;
• İş qrafiki: 6 günlük (şənbə qısa iş günü);
• İş yeri: Ə. Rəcəbli 46 B.
Tələblər
• Yaş: 21-33;
• Təhsil: Ali (Biznesin idarə edilməsi, iqtisadi, marketinq, ticarət üstünlük verilir);
• Təcrübə: Müvafiq sahədə müvəffəqiyyətli əvvəlki təcrübə, 1 ilə yaxın;
• Dil bilikləri: Azərbaycan dili əla, ingilis və rus dili yüksək səviyyədə olanlara üstünlük verilir;
• Kompüter bacarıqları: MS Word, MS Excel, MS Outlook, Power point, Gmail proqramlarında peşəkar istifadəçi;
• Sosial şəbəkələr, irəliləyiş alətləri və üsullarından və onlayn platformadan peşəkar istifadə bacarığı;
• Sosial şəbəkələrdə maksimal “interaction” əldə etmək üçün düzgün foto və video seçmək, mobil telefonla videoçəkiliş və redaktə etmək bacarığı;
• Müraciət edən kişi namizədlərin hərbi xidməti keçmiş olması və ya hərbi xidmətə yararsızlıq haqqında hərbi biletin olması;
• Dizayn proqramları və videoredaktə bacarığı olmalı.