Green Cleaning

Sosial media mütəxəssisi

Ə/h razılaşma ilə 128
Tam iş günü
Bakı, Azərbaycan
28.08.24 - 27.09.24

İş haqqında məlumat

  • Mövzuya uyğun olaraq yüksək keyfiyyətli cəlbedici kontentin (mətn, foto və video) hazırlanması və ya seçilməsini təşkil etmək;
  • Hazırlanmış kontenti web sayt və sosial mediada yerləşdirmək;
  • Hazırlanmış kontentin sosial mediada təşviq (promote) edilməsi və bu sahədə kreativ fikirlərə malik olmaq;
  • Həftəlik facebook, instagram, Linkedin, tiktokda adətən də Youtubeda paylasımlar etmək (SMM idarə olunması);
  • Sosial media kanallarında paylaşılacaq reklam məzmunu yaradılması, postlara nəzarət, postlarda dəyişiklik və yeniliklər üzrə təkliflərin verilməsi;
  • Yerləşdirilən reklamların effektivliyinə nəzarət edilməsi və hədəf kütləsinə uyğun olaraq tənzimlənməsi;
  • Dizaynerə ideyalar verməyi bacarmalı;
  • Sosial şəbəkəyə gündəlik gələn şərhlərə, mesajlara və sorğulara cavab vermək;
  • Paylaşılan məzmunun qrammatik cəhətdən düzgünlüyünün, məntiqi və asan anlaşılan olmasının təmin edilməsi;
  • Sosial media kanalları üçün kontent planın hazırlanması;
  • Sosial şəbəkələrdə reklam, aksiya və kampaniyaları yaratmaq və idarə etmək;
  • Səhifələr üzrə gələn sorğuların müvafiq qurumlara yönləndirilməsi və cavablandırılmasını təmin etmək;
  • Hesablar ilə bağlı aylıq, illik hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • ARƏM uyğun işə qəbul;
  • İş qrafiki: Növbəli olaraq səhər və axşam növbəsi üçün 2 namizəd axtarılır;
  • İş saatı: Səhər növbəsi saat 09:00-18:00, axşam növbəsi saat 18:00-00:00.

Tələblər

  • Təhsil: Ali;
  • Təcrübə: Sosial media mütəxəssisi üzrə minimum 2-3 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili – səlis (İngilis dili və Rus dili bilməsi üstünlükdür); 
  • Kompüter bacarıqları: MS Office proqramlarında işləmə bacarığı;
  • Kopirayter və sosial media işi ilə bağlı müasir texnologiyalara bələdlik, yeni trendlərdən xəbərdar olmaq;
  • Peşəkar səviyyədə yazılı, şifahi ünsiyyət və yaradıcı düşünmə bacarığı;
  • Təşəbbüskarlıq və kreativlik, komandada işləmək, təqdimat aparmaq, stressə davamlılıq və təhlil etmək bacarığı.


Oxşar vakansiyalar