Baku Electronics

SMM operator

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
21.07.23 - 20.08.23

İş haqqında məlumat

  • Sosial şəbəkələrdəki rəsmi səhifələrə daxil olan müraciətlərin və şərhlərin cavablandırılması (BE, BE Home, Motoverse, YouTube və s.);
  • İ[email protected] mail ünvanına daxil olan müraciətlərin cavablandırılması, idarəolunması;
  • Rəsmi vebsayt üzərindən ismarıc bölməsinə daxil olan müraciətlərin cavablandırılması, idarəolunması;
  • Sosial mediada şirkət haqqında olan rəylərin, xəbərlərin, paylaşımların izlənilməsi, monitorinqi (BE,BE Home, Motoverse, YouTube və s.);
  • Daxil olan müraciətlərin qrammatik yazı qaydalarına, təyin edilmiş təlimat və qaydalara uyğun olaraq cavablandırılması;
  • Daxil olan bütün müraciətlərin qeydiyyatının aparılması;
  • Yuxarıda qeyd edilən kanallar üzrə müraciətlərin araşdırılması, tələb olunan müraciətlərin qeydiyyata alınıb aidiyyatı üzrə icra olunması üçün ötürülməsi, prosesin sonuna qədər izlənilməsi, nəticə barədə müştərilərin məlumatlandırılması;
  • Müştəri məmnuniyyətinin təmin olunması.

Tələblər

  • Təcrübə: SMM operator və ya oxşar sahə üzrə 1 il;
  • Dil bilikləri: Azərbaycan dilində mükəmməl yazma və redaktə etmə bacarığı (Rus dili və yaxud İngilis dili biliyi üstünlükdür);
  • Kompüter bacarıqları: MS Office proqramlarından, sosial şəbəkələrdən istifadə etmə bacarığı;
  • Səlis nitq, ünsiyyət qurma və izahetmə qabiliyyəti.


Oxşar vakansiyalar