Bakı,
Azərbaycan
05.02.25
-
05.03.25
İş haqqında məlumat
- Sosial şəbəkələr üçün (Instagram, Facebook, TikTok və s.) məzmun strategiyasının hazırlanması və həyata keçirilməsi;
- Məzmunun yaradılması və yerləşdirilməsi (mətnlər, foto, video, storilər, reels və s.);
- Vizual tərtibat üzərində işləmək: paylaşımların dizaynı, kreativlərin hazırlanması (dizaynerlə birlikdə və ya müstəqil);
- Trendləri izləmək və onları brendə uyğunlaşdırmaq;
- Auditoriya ilə aktiv ünsiyyət qurmaq, şərhlərə, mesajlara və zənglərə (ehtiyac olduqda) cavab vermək;
- Hədəflənmiş reklamın qurulması və analiz edilməsi (arzuolunandır);
- Məzmunun effektivliyini analiz etmək, hesabatlar hazırlamaq və təkmilləşdirmə təklifləri vermək;
- Məhsulların Wolt, Umico və digər platformalarda yerləşdirilməsi və tanıdılması;
- Məhsulların satış saytımıza yerləşdirilməsi və gələn sorguların cavablandırılması;
- Məhsul kartlarının optimizasiyası (foto, təsvir, açar sözlər);
- Rəyləri izləmək, müştərilərlə platforma daxilində işləmək;
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş qrafiki həftənin 5 günü (bazar ertəsi-cümə);
- İş saatı: 09.00-18.00;
- Əmək haqqı start 700 AZN + 200 AZN KPI bonusu (əmək haqqı namizədlərin bilik/bacarıq/təcrübələrinə əsasən dəyişə bilər).
Tələblər
- SMM sahəsində ən azı 1 il iş təcrübəsi (pərakəndə satış və e-ticarət sahəsində təcrübə üstünlükdür);
- Azərbaycan və Rus dillərində sərbəst danışıq və yazı bacarığı;
- Məzmun yaratmaq bacarığı: satışyönlü və cəlbedici mətnlərin yazılması, foto və video çəkilişləri aparmaq;
- Qrafik dizayn proqramları ilə işləmək bacarığı (Canva, Photoshop, Figma);
- Sosial şəbəkələrin alqoritmləri və rəqəmsal marketinq trendləri haqqında biliklər;
- Marketpleyslərlə iş təcrübəsi (məhsulların yerləşdirilməsi, tanıdılması, satışların analizi);
- Yaradıcılıq, təşəbbüskarlıq və komanda ilə işləmək bacarığı;
- Hədəflənmiş reklamla işləmə təcrübəsi üstünlükdür.
Marketinq
Ticarət