FİL Agency MMC

SMM menecer

Ə/h razılaşma ilə 109
Tam iş günü
Bakı, Azərbaycan
18.01.24 - 17.02.24

İş haqqında məlumat

  • Məhsul və ya xidmətlər üçün aylıq post-plan və məzmun (kontent) planın hazırlanması;
  • Hazırlanmış post plan üzrə qrafikə uyğun düzgün şəkildə paylaşımların icrası;
  • Müştərilərdən dolğun brifin alınması və kreativ komandaya briflərin tam və dolğun şəkildə ötürülməsi;
  • Aylıq post plan və reklam hesabatının hazırlanması;
  • Kampaniyaların nəticələrini və effektivliyini təhlil etmək və rəqəmsal marketinq portfeli üzrə aylıq hesabatlar yaratmaq;
  • Sosial media reklamları və büdcəsinin idarə edilməsi;
  • Məhsul və xidmətlər üçün sosial media kampaniyalarının ideyası və keçirilməsində yaxından iştirak;
  • Rəqiblərin və ümumi bazarın təhlili və təkliflərin hazırlanması;
  • İş qrafiki: 6 günlük;
  • İş saatı: 09:00 - 18:00 (şənbə günü 10:00 - 14:00 (ayda 2 dəfə)).

Tələblər

  • Təcrübə: SMM sahəsində minimum 1 il;
  • Dil bilikləri: Azərbaycan dilində qrammatik yazı bacarığı, rus dili biliyi ciddi üstünlük, ingilis dili arzuediləndir;
  • Ads manager və business managerlə iş təcrübəsi;
  • Sosial media reklamları üzrə düzgün, effektiv hədəf kütləsinin müəyyən edilməsi (targeting);
  • Rəqəmsal marketinq sahəsində kifayət edəcək səviyyədə biliklərin olması, yeni trendləri daim izləmək;
  • Komanda və müştəri ilə effektiv ünsiyyət qurma bacarığı;
  • Kontent yaratma bacarığının olması ciddi üstünlükdür;
  • Təşəbbüskarlıq, puntuallıq, kreativlik və dürüstlük;
  • Korporativ ünsiyyət və yazışma qaydalarından xəbərdar olma.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar