Qala Group

Smeta üzrə mühəndis

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
28.03.23 - 27.04.23

İş haqqında məlumat

  • Maliyyə-smeta sənədlərini hazırlayır;
  • Əsaslı tikinti-quraşdırma, təmir işləri üçün tərtib olunmuş və təsdiq edilmiş sənədləri, cədvəlləri analiz edir;
  • Analiz əsasında tikinti işlərinin smeta dəyərini hazırlayır;
  • Dəyişikliklər baş verərkən smeta sənədlərinə düzəlişlər aparır;
  • Digər təşkilatlar tərəfindən hazırlanan smeta sənədlərini yoxlayır və bu barədə arayış tərtib edir;
  • Tikinti-quraşdırma, təmir və digər işlərinin qiymətləndirilməsində iştirak edir;
  • Yenidən qurulan və ya təmir olunan obyektlərə titul vərəqələrinin hazırlanmasında iştirak edir;
  • Podratçı təşkilatlarla smeta sənədlərini razılaşdırır və onların normativlərə riayət etmələrini nəzarətdə saxlayır, görülən işlər barədə aktlar hazırlayır;
  • Görülən tikinti-quraşdırma və təmir işlərinin qiymətlərinin aşağı düşməsi üçün tədbirlər görür;
  • Smeta sənədlərinin uçotunu aparır, smeta- maliyyə hesablamalarını sistemləşdirir;
  • Smeta qiymətləri haqqında arayışlar tərtib edir;
  • Smeta sənədlərinə və cədvəllərinə uyğun olaraq anbar, təchizat və tikinti sahəsinin məsul şəxsləri ilə məlumat mübadiləsi sahəsində qarşılıqlı əlaqəni qurur və idarə edir;
  • Mal-material sifarişi və alışı, habelə istifadəsi və silinməsi proseslərinin smetalara uyğun həyata keçirilməsinə nəzarəti həyata keçirir.

Tələblər

  • Təhsil: Ali (texniki sahə üzrə);
  • Təcrübə: Sahə üzrə minimum 3 il;
  • Kompüter bacarıqları: MS Office proqramlar, AutoCAD bilikləri;
  • Dil bilikləri: İngilis və rus dillərini bilən namizədlərə üstünlük verilir.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar