Amal Group

Smeta mühəndisi

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
04.09.23 - 04.10.23

İş haqqında məlumat

  • Layihələrin hazırlanması üçün məlumatların toplanması və təmin edilməsi;
  • Memarlıq layihəsi, konstruktiv hesabat və dizayn layihəsi sənədlərinə uyğun ümumi tikinti və təmir işləri üzrə iş həcmlərinin çıxarılması və detallı smetaların hazırlanması;
  • Layihə icrası zamanı mövcud dəyişikliklərə əsasən smeta sənədlərinə düzəlişlərini etmək;
  • Material sərfini və tikinti-quraşdırma, təmir və digər işlərinin qiymətləndirilməsini təmin etmək;
  • Layihəyə dair aylıq texniki hesabatları tərtib etmək və hesabatlarla işləməyi bacarmaq;
  • Müəyyən edilmiş vaxt ərzində layihənin təhvil verilməsi planını, iş qrafiklərini və tikinti-quraşdırma işlərinin kəmiyyət və keyfiyyət göstəricilərinə əsasən yerinə yetirilməsi;
  • Layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasına nəzarət edilməsi;
  • İş qrafiki: 5 günlük;
  • İş saatı: 09:00 - 18:00;
  • İş yeri: Cəfər Cəbbarlı küçəsi 44, Caspian Plaza.

Tələblər

  • Təhsil: Ali (inşaat mühəndisi ixtisası üzrə);
  • Təcrübə: Müvafiq sahədə 3 ildən az olmayaraq;
  • Kompüter bacarıqları: MS Office proqramları, AutoCAD, digər proqram bilikləri əlavə üstünlük hesab olunur;
  • Dil bilikləri: Azərbaycan dili, digər dil bilikləri əlavə üstünlük hesab olunur; 
  • Punktual və ünsiyyətcil olması;
  • Analitik düşüncə bacarığı;
  • Ünsiyyət və komandada işləmək bacarıqları;
  • İşinə məsuliyyətli və dəqiq yanaşmalı;
  • Təşkilatçılıq bacarıqlarına malik olmalı;
  • Detallara diqqət yetirməyi bacarmalı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
  • Komandada işləmək bacarığı, təşəbbüskarlıq, gərgin iş rejimində işləmək bacarığı;
  • Tələb olduqda müxtəlif bölgələrə ezamiyyətə gedə bilməli.


Oxşar vakansiyalar