Bakı,
Azərbaycan
31.10.24
-
30.11.24
İş haqqında məlumat
- Layihə sənədlərinə uyğun ümumi tikinti işləri (ilkin və tam inşaat smeta) üzrə layihə smeta sənədlərinin tərtib edilməsi və vaxtında təhvil verilməsi;
- Əsaslı tikinti-quraşdırma, təmir işləri üçün tərtib olunmuş və təsdiq edilmiş sənədlərin, cədvəllərin analiz edilməsi;
- Layihədəki büdcə risklərinin analizi və analiz əsasında tikinti işlərinin smeta dəyərinin hazırlanması;
- Layihə/Spesifikasiya və Smeta arasındakı uyğunsuzluqların müəyyən edilməsi;
- Dəyişikliklər baş verərkən smeta sənədlərində düzəlişlərin aparılması;
- Digər təşkilatlar tərəfindən hazırlanan smeta sənədlərinin yoxlanması və bu barədə arayış tərtib edilməsi;
- Tikinti - quraşdırma, təmir və digər işlərinin qiymətləndirilməsində iştirak;
- Yenidən qurulan və ya təmir olunan obyektlərə titul vərəqələrinin hazırlanmasında iştirak;
- Podratçı təşkilatlarla smeta sənədlərinin razılaşdırılması və onların normativlərə riayət etmələrinin nəzarətdə saxlanması, görülən işlər barədə aktların hazırlanması;
- Görülən tikinti-quraşdırma və təmir işləri xərclərinin aşağı düşməsi üçün tədbirlərin görülməsi;
- Smeta sənədlərinin uçotunun aparılması, smeta- maliyyə hesablamalarının sistemləşdirilməsi;
- Smeta qiymətləri haqqında arayışların tərtib edilməsi;
- İdarəetmənin keyfiyyəti üzrə tələblərə əməl edilməsi;
- Qüsur aktlarını hazırlanması;
- Tikinti layihələri üzrə (yerinə yetirilmiş, mövcud və bitməyən yarımçıq qalmış) iş həcmləri və materialların hesablanması və cədvəllərinin hazırlanması;
- Obyektlərdə (yerində) ölçü işlərinin aparılması;
- Smetaların bazar qiymətləri ilə hesablanması;
- Texniki hesabatların hazırlanması (Forma 2, Forma 3, Xərc analizi);
- Sahələrdən gələn texniki hesabatların yoxlanması;
- Mehriban komanda;
- Perspektivli iş şəraiti;
- İş qrafiki 8.00-17.00.
Tələblər
- Ali təhsil (İnşaat üzrə);
- Tikinti sahəsində ümumi olaraq 3 ildən yuxarı iş təcrübəsi;
- İnnovativ standartlara uyğun işləməyi bacarmalı;
- MS Office (Word, Excel), AutoCad proqramlarını yüksək səviyyədə bilməli;
- 1C işləyə bilməyi üstünlükdür;
- Yüksək səviyyədə analitik-riyazi biliklər;
- Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmalı;
- İnşaat norma və qaydalarını bilməlidir.
Mühəndislik
Tikinti və təmir