Azerbaijan SuperMarket

Sistem mühəndisi (linux)

Ə/h razılaşma ilə 81
Tam iş günü
Bakı, Azərbaycan
20.08.24 - 19.09.24

İş haqqında məlumat

  • Linux distributivləri (Red Hat, Oracle Linux, CentOS, Ubuntu) üzrə serverlərin quraşdırılması, optimallaşdırılması və stabil işləməsini təmin etmək;
  • Enterprise mühitlərində serverlərin quraşdırılması, optimallaşdırılması və yük balanslaşdırma, yüksək mövcudluq (HA) konfiqurasiyalarının idarə edilməsi;
  • SSH, FTP və digər server xidmətlərinin yüksək səviyyədə idarə edilməsi;
  • Şəbəkə təhlükəsizliyinin təmin edilməsi, TCP/IP, DNS, DHCP, VPN kimi protokollar üzrə şəbəkə infrastrukturunu idarə etmək;
  • Firewall konfiqurasiyaları və optimallaşdırılması (firewall-cmd və digər alətlər) üzrə təcrübə;
  • Real-time monitorinq sistemləri (Zabbix, Grafana, Prometheus) ilə kompleks xəbərdarlıq və avtomatlaşdırma proseslərini qurmaq;
  • Katastrofik bərpa (DR) planlarının hazırlanması, avtomatlaşdırılmış backup strategiyalarının tətbiqi və bərpa testlərinin müntəzəm aparılması.

Tələblər

  • Sistemlər (Linux/Windows), paylanmış hesablama arxitekturası (müştəri-server, intranet/internet), hardware platformaları və resursları – CPU, yaddaş, virtualizasiya, klastering üzrə orta səviyyədə bilik;
  • Sistemlərin düzgün işləməsini təmin etmək və müntəzəm texniki baxımını təmin etmək üçün sistemləri konfiqurasiya etmək və ayarlarını dəyişdirmək bacarığı;
  • Sistem Mühəndisliyi sahəsində ən azı 3 illik iş təcrübəsi;
  • Problemlərin həlli üçün ideyalar yaratmaq və qərar nöqtəsi ətrafındakı vəziyyəti dəqiqliklə müəyyən edərək, təcrübəli komanda üzvləri ilə işləmək bacarığı;
  • Əksər məlum problemləri aradan qaldırmaq, kök səbəbləri müəyyənləşdirmək və həll yollarını sənədləşdirərək, həllər üzərində təcrübəli mütəxəssislərlə birlikdə işləmək;
  • Kompüter Elmləri, İnformasiya Sistemləri və ya əlaqəli bir sahədə Bakalavr/Magistr dərəcəsi; və ya müvafiq iş təcrübəsi ilə uyğun təhsil. - Linux/Unix sistem administratorluğu üzrə praktiki təcrübə;
  • Bash skriptləmə üzrə güclü bacarıqlar;
  • Java, Tomcat, Spring kimi Java framework-ləri və texnologiyaları üzrə təcrübə;
  • Web texnologiyaları, API-lər və mikroservislər ilə iş təcrübəsi;
  • Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqlar;
  • Problem həll etməyə və avtomatlaşdırmaya maraq göstərən, bu sahədə bacarıqlarını inkişaf etdirməyə davam etmək istəyində olan namizədlər axtarırıq.


Oxşar vakansiyalar