AzerFloat

Sistem administratoru

Ə/h razılaşma ilə
Tam iş günü
Sumqayıt, Azərbaycan
12.03.23 - 11.04.23

İş haqqında məlumat

  • Serverlərin əməliyyat sistemlərinin fəaliyyətinə nəzarət edilməsi, proqram təminatı ilə bağlı yenilənmələrinin həyata keçirilməsi;
  • Verilənlər bazası serverlərinin işinə nəzarət edilməsi;
  • MS Windows və digər server sistemlərinin quraşdırılması, texniki dəstəyin göstərilməsi;
  • Server avadanlıqlarına texniki baxışın keçirilməsi;
  • Firewall və VPN serverlərin işinə nəzarət edilməsi;
  • Şəbəkə qurğularının və əməliyyat sistemlərinin konfiqurasiyasındakı xətaların düzəldilməsi üzrə işlərin aparılması və aradan qaldırılması;
  • Server və server əməliyyat sistemlərinin parametrlərində dəyişikliklərin planlaşdırılması; 
  • Serverlərə profilaktik texniki xidmətin həyata keçirilməsi;
  • Tənzimlənən parametrlərin sənədləşdirilməsi;
  • Şəbəkə cihazlarının (switch, router) quraşdırılması, qoşulması, işləmə qabiliyyətinin yoxlanılması və işlək vəziyyətdə olmasının təmin edilməsi;
  • Şəbəkələrin (LAN, WAN), o cümlədən simsiz şəbəkənin (Wi-Fi) və digər cihazların  yerləşdirilməsinin həyata keçirilməsi;
  • Planlaşdırılmış (profilaktik) texniki qulluq işlərinin həyata keçirilməsi;
  • Şəbəkə cihazlarının əməliyyat sistemləri üzrə ehtiyatların (rezervlərin) yaradılması.

Tələblər

  • Təhsil: Uyğun ixtisas üzrə bakalavr dərəcəsi;
  • Dil bilikləri: Azərbaycan dili əla, ingilis dili orta;
  • Təcrübə: IT administrator sahəsi üzrə ən azı 3 il iş təcrübəsi tələb olunur;
  • LAN və ya WAN, VPN texnologiyaları üzrə mükəmməl biliklər; (CCNA sertifikatının olması arzuolunandır);
  • SAN arxitekturası haqqında biliklər və "storage" qurğularının idarə olunması haqqında biliklər və təcrübə;
  • TCP və ya IP və OSI modeli haqqında dərin biliklər;
  • MS Windows Server ƏS, ADDS, DNS, DHCP, GPO və s. funksionallıqları haqqında biliklər; (MCP, MSİTP , MCSA sertifikatlarının olması arzuolunandır);
  • Mail serverin işləmə prinsipləri və idarəetmə təcrübəsi;
  • Virtuallaşma sistemləri (Vmware) üzrə biliklər və idarəetmə təcrübəsi; 
  • Veeam B&R yedəklənmə sistemləri üzrə işləmə bacarığı;
  • Firewall sistemləri haqqında biliklər və idarəetmə bacarığı (FortiGate ,Cisco ASA );
  • Məsuliyyət və dəqiqlik; 
  • Analiz etmə və operativ qərar vermə qabiliyyəti;
  • Detallara fikir vermə bacarığı.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar