Bakı,
Azərbaycan
18.09.23
-
18.10.23
İş haqqında məlumat
- Sifariş toplama operatorları arasında iş bölgüsünü həyata keçmək və toplama proseslərini idarə etmək;
- Aylıq və illik sayım öncəsi hazırlıqları təşkil etmək, gərəkən işçi heyyətini təmin etmək;
- Toplanmış məhsulların zamanında yüklənməsi üçün nəqliyyat şöbəsinin əməkdaşları ilə avtomobil təminatını koordinasiya etmək;
- Daxili anbar sistemilə əlaqəli yaranmış problemləri aidiyyatı struktur və ehtiyac yaranarsa xarici şirkətlərlə əlaqəli olaraq həll etmək;
- Stoklarda təhriflərin mövcudluğunu araşdırmaq;
- Logistik investisiya xərcləri ilə bağlı təkliflər vermək və əsaslandırmaq;
- Satınalma sifarişlərini müzakirə etmək və nəzarətdə saxlamaq;
- Sistemə daxil olan sifariş və tələbləri daim nəzarətdə saxlamaq;
- Gündəlik qarşılanan sifarişlərlə bağlı hesabatları vermək, mövcud uyğunsuzluqlarla bağlı məsul şəxsləri məlumatlandırmaq;
- Nizam-intizam ilə bağlı proseslərdə birbaşa iştirak etmək və təkliflər vermək;
- Tabeçiliyində olan əməkdaşların davamiyyətini nəzarətdə saxlamaq;
- Şöbəyə daxil olan şikayətləri araşdırmaq və cavablandırmaq.
Tələblər
- Təhsil: Ali (İqtisad, mühəndislik, əməliyyatlar, biznesin idarə edilməsi, logistika və ya ekvivalent sahədə bakalavr dərəcəsi);
- Təcrübə: Təchizat zənciri sahəsində rəhbər vəzifələrdə ən azı 5 il;
- Güclü təşkilatçılıq, problem həll etmə, komanda motivasiyası və liderlik bacarığı;
- Maliyyə idarəetməsi və analitik bacarıqlar;
- Müştəri yönümlülük, əla ünsiyyət və təqdimat bacarığı.
İnzibati, Biznes, İdarəetmə
Ticarət