VDesign

Sex rəisi

800 - 1000 ₼ 61
Tam iş günü
Bakı, Azərbaycan
03.09.24 - 03.10.24

İş haqqında məlumat

  • Sifarişlərin vaxtında yerinə yetirilməsini, məhsulun yüksək keyfiyyətlə ahəngdar buraxılışını, əsas və dövriyyə fondlarından səmərəli istifadə olunmasını təmin edir.
  • İstehsalın təşkilinin təkmilləşdirilməsi, onun texnologiyası, istehsal proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması, zay məhsul buraxılışının qarşısının alınması, bütün ehtiyatlardan qənaətlə istifadə olunması, yeni məhsulun və texnoloji proseslərin mənimsənilməsi, əmək məhsuldarlığının yüksəldilməsi, eləcə da istehsalat gəlirinin çoxaldılması, məhsulun maya dəyərinin və əmək sərfinin aşağı salınması üzrə iş aparır.
  • Avadanlığın və başqa əsas vasitələrin vaxtında tənzimlənməsini və texniki cəhətdən düzgün istismarını, onların qrafik üzrə təmirini, təhlükəsiz və sağlam əmək şəraitinin yaradılmasını, eləcə də əmək şəraitindən asılı olaraq işçilərə güzəştlərin verilməsini təmin edir.
  • İstehsalın texniki inkişafının və avadanlıqların müasirləşdirilməsinin planlaşdırılması işində, avadanlığın çox tez sıradan çıxması, qəzaya uğraması və istehsalat zədələnmələrinin tədqiqində iştirak edir, onların qarşısının alınması üçün tədbirlərin işlənib hazırlanmasını təmin edir.
  • Ustaların və sex xidmətlərinin işini əlaqələndirir.
  • Fəhlə və qulluqçu kadrların seçilməsi, yerləşdirilməsi və məqsədəuyğun istifadə edilməsini təmin edir.
  • İşçilər tərəfindən əməyin mühafizəsi, təhlükəsizlik texnikasının norma və qaydalarına, istehsalat və əmək intizamına, daxili əmək rejiminə riayət edilməsinə nəzarət edir.
  • İşdə fərqlənən işçilərin həvəsləndirilməsi, əmək, istehsalat intizamını pozanların cəzalandırılması haqqında təkliflər verir.
  • I-V günlər saat 08:00-dan 17:00-dək
  • İstirahət günləri: VI-VII günlər və təqvim üzrə bayram günləri.
    Nahar müəssisə tərəfindən verilir.

Tələblər

  • Ali təhsil – tekstil üzrə arzuolunandır
  • İşində məsuliyyətli olmaq
  • Azərbaycan dili əla bilməli, rus və ingilis dilləri orta səviyyədə olmalı
  • MS Office (MS Excel, MS Word, MS Outlook) proqramlarından sərbəst istifadə qabiliyyəti,
  • 1C programda işləmə bacarığı;
  • Səliqəli xarici görünüş, nəzakətli danışıq, intizamlı və işinə qarşı məsuliyyətli olmalı;
  • Təşkilati bacarıqları, ünsiyyətcil və danışıq aparmaq bacarığı.


Oxşar vakansiyalar