Bakı,
Azərbaycan
02.12.24
-
02.01.25
İş haqqında məlumat
- İş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına nəzarətin təmin edilməsi;
- İş yerində baş vermiş iş qəzaları, xəsarətlərin səbəblərinin analizı və qarşısının alınması üçün tədbirlərin hazırlanması və onların həyata keçirilməsinin təşkili;
- Təhlükələrin müəyyən edilməsi və düzəldici tədbirlərin görülməsi üçün SƏTƏM auditlərinə, risk qiymətləndirmələrinə və insident araşdırmalarında iştirak edilməsi;
- İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanması;
- Təlimat jurnallarının imzalanmasına nəzarət edilməsi;
- İşə qəbul olunan yeni işçilərə, o cümlədən dövrü olaraq mövcud işçilərə əməyin mühafizəsi, texniki təhlükəsizliklə bağlı giriş təlimatının, təkrar, plandan kənar və cari təlimatların keçirilməsi;
- İşçilərin əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsinə nəzarət edilməsi;
- İşçilərə verilən xüsusi geyimlərin, ayaqqabıların, fərdi mühafizə vasitələrinin və digər vasitələrinin standartlara və sahə normalarına uyğun olmasına və bu vasitələrdən istifadəsinə nəzarət edilməsi.
- Mövcud forma və qaydalara uyğun olaraq hesabat aparmaq.
Tələblər
- Komputer biliyi; MS Office proqramları - Outlook, Excel, Word mütləqdir;
- Namizədlərdən CV-lərini qısa məktub ilə birlikdə mail ünvanına göndərmələri xahiş olunur. Mövzu hissəsində vakansiya adının qeyd olunması mütləqdir.
Mühəndislik
Ticarət