İmişli,
Azərbaycan
07.08.23
-
06.09.23
İş haqqında məlumat
- Əməyin mühafizəsi haqqında normativlərə və standartlara, təhlükəsizlik texnikası qaydalarına və digər normativ sənədlərə riayət olunmasına nəzərat edir;
- Müəssinin ərazisində xüsusi yanğından mühafizə vasitlərinin yerləşməsini müəyyən edir və onların daim hazır vəziyyətdə, istifadəyə yararlı olmasını nəzarətdə saxlayır;
- Ətraf mühitin mühafizəsi üzrə qanunvericiliyə, təbii ehtiyatlardan səmərəli istifadə olunması, təhlükəsizlik texnikası və əməyin mühafizəsi barədə cəmiyyətin rəhbərliyinin əmr və sərəncamlarının yerinə yetirilməsinə nəzarət və qəbul olunmuş qərarların icrasını təmin edir;
- İş planında və kollektiv müqavilələrdə əməyin mühafizəsi üzrə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsinə nəzarət edir;
- Əməyin mühafizəsi və təhlükəsizlik texnikasına aid olan rüblük və illik hesabatları hazırlayır və təqdim edir;
- Obyektlərin səs, vibrasiya, zərərli qaz, şualanma səviyyəsinin və s. ölçülməsinə nəzarət edir;
- İş paltarı, ayaqqabı və digər fərdi və kollektiv mühafizə vasitələrinin istifadəsinə nəzarət edir;
- Müvafiq struktur bölmələri ilə birlikdə təhlükəsizlik qaydaları və normaları üzrə yeni layihələrin, standartların və digər sənədlərin baxılmasını təşkil edir və müşavirə keçirir;
- Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrası.
Tələblər
- Təhsil: Ali;
- Təcrübə: Müvafiq sahə üzrə üstünlükdür;
- Dil bilikləri: Azərbaycan dili səlis, ingilis və rus dili arzuolunandır;
- Kompüter bacarıqları: MS Office (Word, Excel, Outlook) bilikləri mütləq, ERP sistemləri üzrə biliklər arzuolunandır;
- Müvafiq sahə üzrə sertifikatlar arzuolunandır;
- Filialın yerləşdiyi regionda (rayon, şəhər, kənd və s.) yaşayan şəxslərə üstünlük verilir;
- Məsuliyyətli;
- Şəxsi inkişafa meyilli;
- Pozitiv;
- Özünütəşkiletmə qabiliyyəti;
- Nailiyyət yönümlülük;
- Etibarlılıq, dürüstlük.
- Vakansiya ilə maraqlanan şəxslər https://hr.mktcotton.com/en/job/setem-uzre-mutexessis-imishli-1 linkinə keçid edərək müraciət edə bilər.
Mühəndislik
Peşəkar xidmətlər