Bakı,
Azərbaycan
15.05.23
-
14.06.23
İş haqqında məlumat
- Şirkətdə əməyin mühafizəsi işinin təşkili və əlaqələndirilməsini həyata keçirmək;
- Şirkətin işçiləri tərəfindən əməyin mühafizəsi üzrə qanunvericilik və digər normativ hüquqi aktlara əməl edilməsinə nəzarət etmək;
- İstehsalatda bədbəxt hadisələrin, peşə xəstəliklərinin qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlər hazırlayaraq həyata keçirilməsini təşkil etmək;
- Əməyin mühafizəsinə dair təlimatları hazırlamaq və tətbiq etmək;
- İşə yeni qəbul olunmuş işçilərə əməyin mühafizəsinə dair giriş təlimatının verilməsini təmin etmək;
- Təlimat jurnallarının imzalanmasına təmin və nəzarət etmək;
- Əməyin mühafizəsinə dair illik tədbirlər planı hazırlamaq və razılaşdırmaq.
Tələblər
- Yaş: 25-40;
- Təhsil: Ali;
- Təcrübə: SƏTƏM üzrə ən azı 1 il;
- Kompüter bacarıqları: MS Word, MS Excel və MS Outlook proqramları üzrə biliklər;
- SƏTƏM üzrə tələb olunan uyğun sertifikatların olması üstünlükdür;
- Səhiyyə sahəsində iş təcrübəsi olanlara üstünlük veriləcək;
- Şifahi, yazılı ünsiyyət qurmaq bacarığı və stresə davamlılıq;
- Təqdimat hazırlama və təqdimetmə bacarıqları;
- Komanda ilə işləmək bacarığı;
- Təşkilatçılıq və vaxtın düzgün idarə olunması bacarığı;
- Əmək haqqı razılaşma əsasında veriləcək.
Mühəndislik
Səhiyyə xidmətləri