MKT İstehsalat Kommersiya MMC

SƏTƏM üzrə mütəxəssis

Ə/h razılaşma ilə
Tam iş günü
İmişli, Azərbaycan
15.05.23 - 14.06.23

İş haqqında məlumat

  • Əməyin mühafizəsi haqqında normativlərə və standartlara, təhlükəsizlik texnikası qaydalarına və digər normativ sənədlərə riayət olunmasına nəzərat edir;
  • Müəssinin ərazisində xüsusi yanğından mühafizə vasitlərinin yerləşməsini müəyyən edir və onların daim hazır vəziyyətdə, istifadəyə yararlı olmasını nəzarətdə saxlayır;
  • Ətraf mühitin mühafizəsi üzrə qanunvericiliyə, təbii ehtiyatlardan səmərəli istifadə olunması, təhlükəsizlik texnikası və əməyin mühafizəsi barədə cəmiyyətin rəhbərliyinin əmr və sərəncamlarının yerinə yetirilməsinə nəzarət və qəbul olunmuş qərarların icrasını təmin edir;
  • Əməyin mühafizəsi və təhlükəsizlik texnikasına aid olan rüblük və illik hesabatları hazırlayır və təqdim edir;
  • Obyektlərin səs, vibrasiya, zərərli qaz, şualanma səviyyəsinin və s. ölçülməsinə nəzarət edir;
  • İş paltarı, ayaqqabı və digər fərdi və kollektiv mühafizə vasitələrinin istifadəsinə nəzarət edir;
  • Müvafiq struktur bölmələri ilə birlikdə təhlükəsizlik qaydaları və normaları üzrə yeni layihələrin, standartların və digər sənədlərin baxılmasını təşkil edir və müşavirə keçirir;
  • İstehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması, əmək şəraitinin yaxşılaşdırılması və onları əməyin mühafizəsi üzrə normativ huquqi aktların tələbləri səviyyəsinə çatdırılması istiqamətində tədbirlər hazırlayır, həmçinin planlaşdırılmış tədbirlərin yerinə yetirilməsinə dair təşkilati köməklik göstərir;
  • Qurğuların, aqreqatların, dəzgəhların və digər avadanlıqların təmirdən sonra qəbul komissiyalarının işində iştirak edir;
  • Qüvvədə olan təlimatların yenidən işlənməsini təşkil edir, işçilərə təhlükəsiz iş üsulların öyrədilməsində, iş rəhbərlərinə metodiki yardım edir;
  • Əməyin mühafizəsi işləri üzrə işləyib hazırladığı sənədləri baş mühəndislə müvafiq qaydada razılaşdırır;
  • Ətraf mühitin qorunması, əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarına riayət edir;
  • İstehsalatda bədbəxt hadisələrin araşdırılmasında iştirak edir;
  • Müəssisə rəhbərləri ilə birlikdə hadisənin səbəblərini təhlil edir və bədbəxt hadisələrin qarşısının alınması üçün tədbirlər görür;
  • Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrası.

Tələblər

  • Təhsil: Ali;
  • Təcrübə: Müvafiq sahə üzrə;
  • Dil bilikləri: Azərbaycan dili səlis, ingilis və rus dili arzuolunandır;
  • Kompüter bacarıqları: MS Office (Word, Excel, Outlook) bilikləri mütləq, ERP sistemləri üzrə biliklər arzuolunandır;
  • Müvafiq sahə üzrə sertifikatlar arzuolunandır;
  • Filialın yerləşdiyi regionda (rayon, şəhər, kənd və s.) yaşayan şəxslərə üstünlük verilir;
  • Məsuliyyətli;
  • Şəxsi inkişafa meylli;
  • Pozitiv;
  • Özünütəşkiletmə qabiliyyəti;
  • Nailiyyət yönümlülük;
  • Etibarlılıq;
  • Dürüstlük.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar