Bakı,
Azərbaycan
22.10.24
-
22.11.24
İş haqqında məlumat
- Müəssisədə əməyin mühafizəsi işinin təşkili və əlaqaləndirilməsi;
- Müəssisənin işçiləri tərəfindən əməyin mühafizəsi üzrə qanunvericilik və digər normativ hüquqi aktlara əməl edilməsinə nəzarət etmək;
- İstehsalatda bədbəxt hadisələrin qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlər hazırlamaq və həyata keçirilməsinin təşkil edilməsinə çalışmaq;
- İşçilərə əməyin mühafizəsi üzrə məsləhətlər vermək;
- İş yerində işçilər üçün təhlükəsiz əmək şəraitinin yaradılmasını və ƏM və TT qaydaları üzrə təlimatlandırılmaların keçirilməsini həyata keçirmək;
- Müəssisənin departamentlərinin əməyin mühafizəsi üzrə təlimatlarla, qaydalarla, normalarla, plakatlarla və digər əyani vəsaitlərlə təmin olunmasını, həmçinin müvafiq informasiya lövhələrinin quraşdırılmasını təşkil etmək;
- Təlimat jurnallarının imzalanmasına nəzarət edilmək;
- Peşələr üzrə SƏTƏMM təlimatları hazırlamaq;
- Yeni işə qəbul olunanlara, ezamiyyətə və qonaq gələnlərə, istehsalat təliminə və ya praktikasına gələn şagird və tələbələrə əməyin mühafizəsi üzrə giriş təlimat proqramına uyğun təlimat keçmək , bunula əlaqədar sənədləri hazırlamaq və sənədlərin işçini şəxsi işinə əlavə edilməsinə nəzarət etmək;
- Müəssisənin departamentlərində təhlükəsiz iş şəraitinin təmin olunması üçün öz rəhbərinə təkliflər vermək;
- Fərdi mühafizə vasitələrinin düzgün tətbiq edilməsini, avadanlıqların, mühafizə vasitələrinin müvafiq xidmətlər tərəfindən zəruri sınaqlarının və texniki müayinənin vaxtında keçirilməsini, qoruyucu və mühafizə vasitələrinin vəziyyətini, xüsusi geyimlərin, xüsusi ayaqqabıların və digər fərdi mühafizə vasitələrinin saxlanılmasını və verilməsini nəzarətdə saxlamaq;
- İşçilərin əməyin mühafizəsi üzrə biliklərinin yoxlanılmasına və attestasiyadan keçirilməsinə nəzarət etməlidir;
- İstehsalatda bədbəxt hadisələrin uçotuna və araşdırılmasına nəzarət etməlidir;
- Əməyin mühafizəsi üzrə tətbiq edilən yeni qanunvericilik və digər normativ hüquqi aktları işçilərin nəzərinə çatdırmaq;
- Binaların, tikililərin, maşın və mexanizmlərin, qurğuların, işçilərin kollektiv və fərdi mühafizə vasitələrinin, sanitar-texniki qurğuların vəziyyətini və SƏTƏMM qanunvericiliyinə uyğunluğunun yoxlanılmaq, uyğunsuzluqların aradan qaldırılması üçün təkliflər vermək;
- Fəaliyyəti ilə əlaqədar qanunvericiliyə uyğun hesabatlar hazırlayıb birbaşa rəhbərə təqdim etmək;
- İş vaxtı: 5 gün(9:00-18:00).
Tələblər
- Ali təhsilli; ( mühəndis-texkini sahələr üzrə təhsili olanlara üstünlük verilir);
- Minimal iş təcrübəsi: 1 il (istehsalat üzrə);
- Dil bilikləri: Azərbaycan (ingilis dili arzuolunandır);
- Kompüter bilikləri: MS Office (Outlook, Word, Excel) proqramları;
- Sertifikat: Sahə üzrə sertifikatlara sahib olmalı - FHN şəhadətnamə və s;
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarının və beynəlxalq standartların tələbləri üzrə biliklərə malik olmalı;
- Fövqəladə hallar zamanı davranış qaydalarını bilməli;
- Təqdimat hazırlama və təqdim etmə bacarığı olmalı.
Mühəndislik
Peşəkar xidmətlər
Elanın müddəti bitmişdir