Azersun Holding

Sətəm üzrə mütəxəssis

Ə/h razılaşma ilə 0
Tam iş günü
Biləsuvar, Azərbaycan
04.10.24 - 04.11.24

İş haqqında məlumat

  • Əmək qanunvericiliyinə, təhlükəsiz qayda və  normalarına, standartlara və digər normativ sənədlərə  əməl olunmasına, müəssisənin, həmkarlar ittifaqları komitələrinin, nəzarət orqanlarının əmək mühafizəsinə dair əmr və sərəncamlarının yerinə yetirilməsinə nəzarət edir. Müvafiq şöbə, xidmət və bölmələrdə əmək şəraitini yoxlayır, pozuntu və çatışmamazlıqları aşkar edir, onların aradan qaldırılmasına ölçü götürür;
  • Müvafiq şöbə və xidmətlərlə birlikdə istehsal  prosesslərinin,  işlərinin təhlükəsiz təşkilinə, avadanlığın təhlükəsiz istismarına, istehsalat binalarının,  qurğularının və digər məişət obyektlərinin texniki sazlığına, iş yerlərində mühafizə, vasitəllərin lazım olan miqdarına, sazlığına nəzarət edir;
  • Əməyin mühafizəsinə dair texniki sənədlərin standartlara, qaydalara uyğun olaraq aparılmasına nəzarət edir;
  • Əməyin mühafizəsinə dair işlərin təhlükəsiz aparılması üçün peşə təlimatlarının hazırlanması;
  • İşçilərin işə qəbulu zamanı keçiriləcək təlimatın proqramını hazırlayır, onlara işə qəbul (giriş) təlimatını keçir;
  • Təhlükəsizlik qayda və normalarının pozuntusu hallarınınaradan qaldırılması üçün struktur bölmə,şöbə rəhbərlərinə, baş mütəxəssislərə və digər vəzifəli şəxslərə göstərişlər verir;
  • İşləyənlərin həyatına və sağlamlığına təhlükə yaradan istehsalat sahəsində maşın və mexanizmlərlə, dəzgahlarla işləri dayandırır. Qayda pozuntularına yol verən şəxslər barədə öz rəhbərliyinə məlumat verir. Təlimatların keçirilməsi üçün proqramların hazırlanmasında yardım göstərir. Əməyin mühafizəsi üzrə işini təşkil edir, işçilərin öyrədilməsi üçün  texniki vasitələrlə, plakatla, maketlərlə, mühafizə vasitələrlə, ədəbiyyatla təchiz olunması üçün ölçü götürür;
  • İstehsalatda  baş vermiş bədbəxt hadisələri və peşə xəstəliklərini qeydiyyata alır, uçotunu aparır. Bədbəxt hadisələr və peşə xəstəlikləri haqqında qoyulmuş qaydaya əsasən hesabat, məlumatları hazırlayır;
  • Əməyin mühafizəsinə dair əmrlərin, qərarların, göstərişlərin və digər sənədlərin layihəsini hazırlayır.

Tələblər

  • Ali təhsilinin olması;
  • Müvafiq sahə üzrə ən az 1 il iş təcrübəsi;
  • SƏTƏM üzrə tələb olunan uyğun sertifikatların olması arzuolunandır;
  • Ms Office(Outlook, Word, Excel) proqramlarında işləmə bacarığı;
  • Təşkilati bacarıqlar,təşəbbüskarlıq, zəruri hallarda təzyiq altında işləmək bacarığı;
  • İşdə yaranan müxtəlif vəziyyətlərə çevik reaksiya vermək bacarığı.

Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar