Sabirabad,
Azərbaycan
24.07.24
-
23.08.24
İş haqqında məlumat
- Əməyin mühafizəsi haqqında normativlərə və standartlara, təhlükəsizlik texnikası qaydalarına və digər normativ sənədlərə riayət olunmasına nəzərat edir;
- Müəssinin ərazisində xüsusi yanğından mühafizə vasitlərinin yerləşməsini müəyyən edir və onların daim hazır vəziyyətdə, istifadəyə yararlı olmasını nəzarətdə saxlayır;
- Əməyin mühafizəsi və təhlükəsizlik texnikasına aid olan rüblük və illik hesabatları hazırlayır və təqdim edir;
- İş paltarı, ayaqqabı və digər fərdi və kollektiv mühafizə vasitələrinin istifadəsinə nəzarət edir;
- Müvafiq struktur bölmələri ilə birlikdə təhlükəsizlik qaydaları və normaları üzrə yeni layihələrin, standartların və digər sənədlərin baxılmasını təşkil edir və müşavirə keçirir;
- Qurğuların, aqreqatların, dəzgəhların və digər avadanlıqların təmirdən sonra qəbul komissiyalarının işində iştirak edir;
- Qüvvədə olan təlimatların yenidən işlənməsini təşkil edir, işçilərə təhlükəsiz iş üsulların öyrədilməsində, iş rəhbərlərinə metodiki yardım edir;
- İş fəaliyyətini Əmək Məcəlləsi, əməyin mühafizəsi ilə bağlı norma və qaydalar və digər əlaqəli qanunvericilik aktlarına uyğun təşkil edir;
- Ətraf mühitin qorunması, əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarına riayət edir;
- İstehsalatda bədbəxt hadisələrin araşdırılmasında iştirak edir;
- Müəssisə rəhbərləri ilə birlikdə hadisənin səbəblərini təhlil edir və bədbəxt hadisələrin qarşısının alınması üçün tədbirlər görür;
- Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrası.
Tələblər
- Təhsil: Ali;
- Təcrübə: Müvafiq sahə üzrə iş təcrübəsi olanlara üstünlük verilir;
- Dil bilikləri: Azərbaycan dili;
- Kompüter bacarıqları: MS Office (Word, Excel, Outlook) bilikləri;
- Müvafiq sahə üzrə sertifikatlar arzuolunandır;
- Filialın yerləşdiyi regionda (Sabirabad) yaşayan şəxslərə üstünlük verilir.
Mühəndislik
Kənd təsərrüfatı
Elanın müddəti bitmişdir