Araz Supermarket

SƏTƏM üzrə mütəxəssis

Ə/h razılaşma ilə
Tam iş günü
Bakı, Azərbaycan
24.04.24 - 24.05.24

İş haqqında məlumat

  • Kurasiyasına daxil olan market və şirkətə aid digər obyektlərdə əməyin və ətraf mühitin mühafizəsinin təmin olunmasına nəzarət etmək;
  • Şöbə rəhbərinin və dövlət nəzarət orqanlarının göstərişlərinin yerinə yetirilməsi və aşkar edilmiş nöqsanların aradan qaldırılması üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin etmək;
  • İşçilərə təklükəsiz iş üsulunun öyrədilməsinə, təlimatların vaxtında keçirilməsinə, biliklərin yoxlanmasına və təlimatlandırılma haqqında jurnallarda qeydlərin düzgün aparılmasına nəzarəti təmin etmək;
  • Bədbəxt hadisələrin təhqiq olunmasında iştirak etmək və önləyici tədbirlər haqqında hesabat verdiyi instansiyaya təkliflər vermək;
  • Təlimlərin keçirilməsi üçün proqramların hazırlanmasında və işçilərə təhlükəsiz iş üsullarının öyrədilməsində struktur rəhbərlərinə metodiki yardım göstərilməsini təmin etmək;
  • Qurğu və avadanlıqların vaxtaşırı sınaqlarının, habelə qoruyucu və fərdi mühafizə vasitələrinə və qurğulara texniki baxışın keçirilməsini təşkil etmək;
  • Nahar ilə təmin edilmə;
  • Servis xidməti;
  • İş qrafiki: 5 günlük.

Tələblər

  • Təhsil: Ali;
  • Təcrübə: 1-2 il;
  • Dil bilikləri: İngilis dili arzu olunandır;
  • Kompüter bacarıqları: MS Office bilikləri;
  • Komanda ilə işləmə bacarığı, çevik, hədəfyönümlü, kommunikasiya bacarıqları;
  • Şəxsi avtomobil.


Oxşar vakansiyalar