MKT İstehsalat Kommersiya MMC

SƏTƏM üzrə mütəxəssis

Ə/h razılaşma ilə 97
Tam iş günü
Ağcabədi, Azərbaycan
25.01.24 - 24.02.24

İş haqqında məlumat

  • Əməyin mühafizəsi haqqında normativlərə və standartlara, təhlükəsizlik texnikası qaydalarına və digər normativ sənədlərə riayət olunmasına nəzərat edir;
  • Müəssinin ərazisində xüsusi yanğından mühafizə vasitlərinin yerləşməsini müəyyən edir və onların daim hazır vəziyyətdə, istifadəyə yararlı olmasını nəzarətdə saxlayır.
  • Ətraf mühitin mühafizəsi üzrə qanunvericiliyə, təbii ehtiyatlardan səmərəli istifadə olunması, təhlükəsizlik texnikası və əməyin mühafizəsi barədə Cəmiyyətin rəhbərliyinin əmr və sərəncamlarının yerinə yetirilməsinə nəzarət və qəbul olunmuş qərarların icrasını təmin edir;
  • Kənd təsərrüfatı texnikasının istismarı və təmiri zamanı SƏTƏM qaydalarına əməl olunmasına nəzarət edir;
  • Təlükəsizlik texnikası və əməyin mühafizəsi sahəsində vəziyyəti yaxşılaşdırmaq üçün planların hazırlanmasında iştirak edir;
  • Təbii mühitin qorunması, təlükəsizlik texnikası və əməyin mühafizəsi sahəsindəki fəaliyyətini təhlil edir və müvafiq arayış və hesabatlar hazırlayır;
  • İşçilər və bilavasitə işə rəhbərlik edən şəxslər tərəfindən əməyin mühafizəsi qaydalarına əməl edilməsinə nəzarət edir;
  • Xüsusi geyim, ayaqqabı və digər fərdi mühafizə vasitələrinin saxlanılmasına, verilməsinə və onlardan düzgün istifadə olunmasına nəzarət edir;
  • İş planında və kollektiv müqavilələrdə əməyin mühafizəsi üzrə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsinə nəzarət edir;
  • Əməyin mühafizəsi və təhlükəsizlik texnikasına aid olan rüblük və illik hesabatları hazırlayır və təqdim edir.

Tələblər

  • Təhsil: Ali;
  • Təcrübə: 3 il;
  • Dil bilikləri: Azərbaycan dili;
  • Kompüter bacarıqları: MS Office proqramları bilikləri;
  • Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqları;
  • AR Əmək Məcəlləsinin əsaslarını bilmək;
  • Dəyərləndirmə, vaxtında doğru qərar qəbul etmə bacarığı;
  • Komanda ilə işləmək bacarığı;
  • Kənd təsərrüfatı sistemində işləyə bilmə bacarığı.


Elanın müddəti bitmişdir

Oxşar vakansiyalar