Bakı,
Azərbaycan
04.08.23
-
03.09.23
İş haqqında məlumat
- SƏTƏM üzrə mütəxəssisin əsas vəzifəsi müəssisədə qəzaların, peşə xəstəliklərinin qarşısının alınmasına yönəlmiş hüquqi, təşkilati-texniki, sanitariya-gigiyenik, sosial-iqtisadi və profilaktik tədbirlərin icrasının təşkilidir;
- SƏTƏM üzrə mütəxəssis, fəaliyətini SƏTƏM Qaydalarına, eyni zamanda Azərbaycan Respublikasının aidiyyati Qanunvericiliyinə əsasən və yenilikləri nəzarə almaqla aparır;
- Səlahiyyətləri çərçivəsində yeni qaydaların, prosseslərin, prosedurların, daxili normativ aktların və sahə standartlarının tərtibatında iştirak edir;
- “Aztelekom” MMC-nin struktur bölmələrinə cavabdeh şəxslər tərəfindən öz iş sahalərində işləyən işçilərinin giriş təlimatının, iş yerində təlimatların aparılmasına və jurnalda qeyd edilməsinə nəzarət edir;
- Əməyin mühafizəsi ilə əlaqədar sanitar-gigiyena norma və qaydalarına riayət edilməsinə nəzarət edir və lazımi tövsiyələr verir;
- “Aztelekom” MMC-də quraşdırılmış cıhaz və avadalıqların istismarında təhlükəsizlik texnikası qaydalarına riayət edilməsinə nəzarət edir;
- İşçilərin fərdi mühafizə vasitələri ilə təmin olunmasına nəzarət edir;
- “Aztelekom” MMC-in işçilərinə əməyin təhlükəsizliyi üzrə təlimlər keçirir;
- Regional filiallarda əmək qanunvericiliyinə və əməyin təhlükəsizliyi və yanğın təhlükəsizliyi tələblərinə riayət edilməsinə nəzarət edir;
- İstehsalat travmatizminin, peşəkar xəstəliklərinin və istehsalat amilləri ilə şərtlənən xəstəliklərin vəziyyətinin və səbəblərinin uçotu və təhlili aparır;
- Bölmələrə təhlükəli və zərərli istehsalat amillərinin parametrlərinin ölçülməsinin təşkilində və aparılmasında, avadanlıqların və cihazların travma təhlükəsizliyinin qiymətləndirilməsində yardım göstərir;
- Müəssisənin bütün struktur bölmələri ilə işin koordinasiyasını təmin etmək və daim əlaqə saxlamaq.
Tələblər
- Təhsil: Ali texniki;
- Təcrübə: Sahəsi üzrə ən azı 3 il;
- Dil bilikləri: Azərbaycan dilini mükəmməl bilməlidir, ingilis və rus dilləri arzuolunandır;
- Kompüter bacarıqları: MS Office və Outlook programlarını mükəmməl bilməlidir;
- SƏTƏMM üzrə qaydaları mükəmməl bilməlidir;
- SƏTƏMM üzrə dövlət normativ tələblərini;
- Azərbaycan Respublikası tərəfindən ratifikasiya edilmiş əməyin mühafizəsi sahəsində beynəlxalq müqavilələri;
- SƏTƏMM sahəsində milli və dövlətlərarası standartları;
- Peşəkar risklərin aşkarlanması, qiymətləndirilməsi və idarə edilməsi metodlarını;
- Təşkilatın istehsal və təşkilati strukturu, əsas texnoloji proseslər və istehsal rejimlərini;
- Tətbiq olunan avadanlıqların növləri və onun istismar qaydalarını;
- İş yerlərində əmək şəraitinin öyrənilməsi metodlarını bilməlidir.
Mühəndislik
Rabitə xidmətləri