Azertexnolayn MMC

Sətəm üzrə məsləhətçi

Ə/h razılaşma ilə 29
Tam iş günü
Sumqayıt, Azərbaycan
19.09.24 - 19.10.24

İş haqqında məlumat

  • Sahədə işçilərə iş öncəsi əməyin mühafizəsi ilə bağlı günlük təlimatların keçirilməsinə nəzarət edir (bəzilərində iştirak edir), təlimat sənədlərinə nəzarət edir;
  • Zavodda baş vermiş qəzalar zamanı xəsarət alan işçilərə ilkin tibbi yardım göstərilməsində və hadisənin baş vermə səbəbinin araşdırılmasında iştirak edir, işçilərə maarifləndirici məlumatlar verir;
  • Zavod ərazisində istifadə olunan elektrik əl alətləri, yükqaldırma aksesuarları, yanğın söndürmə balonlarının vəziyyətini, Yanğınsöndürmə ləvazimatlarının işlək vəziyyətdə olduğunu yoxlayır, uyğunsuzluqların aradan qaldırılması üçün tədbirlər həyata keçirir;
  • Ətraf mühitin mühafizəsinə və işçilərin sanitar gigiyena qaydalarına əməl etmələrinə nəzarət edir;
  • Həyat və sağlamlıq üçün təhlükəli olan yerləri xəbərdaredici  nişanlarla işarələyir, təmir gedən əraziləri xüsusi lentlə ayırır, zavod ərazisində sair məlumatverici lövhələr, yazılar asır;
  • İş yerlərində işçilərin FMV-dən istifadə etmələrinə, təhlükəsizlik qaydalarına əməl etmələrinə nəzarət edir, qayda pozuntusu edən işçilər haqqında xəbərdarlıq forması yazır;
  • Yeni işə girən işçilərə əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları haqqında Giriş təlimatı keçir və xüsusi qeydlər aparır;
  • Görülən işlər haqqında hesabat verir;
  • Ərazidə rastlaşdığı təhlükəli vəziyyət və təhlükəli  iş şəraiti ilə bağlı uyğunsuzluqları müşahidə edərək müvafiq formada tərtib edir, normal iş şəraitin yaradılmasına nəzarət edir;
  • Təşkil olunmuş SƏTƏM yürüşlərində iştirak edir;
  • Zavoda ziyarətə gələn qonaqlara təhlükəsizlik qaydaları haqqında təlimat keçir, FMV ilə təmin edir;
  • Həftədə 6 gün:Tam iş qrafiki;
  • Həftə içi:8 saat/09:00-18:00;
  • Şənbə günü:4 saat/09:00-13:004
  • İstirahət günü: Bazar günü.

Tələblər

  • Ali təhsil / Texniki sahə üzrə;
  • İngilis dili mükəmməl bilməli, rus dili arzu olunandır;
  • Əməyin mühafizəsi üzrə yerli və beynəlxalq sertifikatların olması vacibdir;
  • Anoloji sahə üzrə ən azı 1 il iş təcrübəsi;
  • Kişi namizədlər müraciət etməlidir;
  • Daxil intizam qaydalarını;
  • Əməyin mühfizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını;
  • Əməyin Mühafizəsi və Ətraf Mühitlə bağlı Azərbaycan Respublikasının qanunvericiliyi, beynəlxalq təşkilatların hüquqi normativ sənədlərini və beynəlxalq standartları (İSO 45001, İSO 14001 və s);
  • Müəssisədə tətbiq olunan prosedur və formaların tələblərini və istifadə qaydalarını bilməlidir.


Oxşar vakansiyalar