Bakı,
Azərbaycan
22.02.23
-
24.03.23
İş haqqında məlumat
- İş yerlərində əməyin mühafizəsinin düzgün yerinə yetirilməsinə nəzarət etmək;
- Ərazi üzrə yoxlama aparan işçilərin, yoxlama planını tərtib etmək və plan üzrə yoxlamaların aparılmasına nəzarət etmək;
- İş sahələrində, müşahidələr apararaq SƏTƏM üzrə keçirilən təlimin effektivliyini yoxlamaq;
- İş yerlərində SƏTƏM yoxlamaların və monitorinq işlərinin aparılması;
- İş yerlərində təhlükələrin müəyyən olunması və riskin qiymətləndirilməsi;
- Yanğın təhlükəsizliyi və yanğınla ilkin mübarizə tədbirləri;
- Şirkətin risk qiymətləndirmələrini, təhlükəsizlik əməliyyat prosedurlarını və təhlükəsizlik tələblərini mütəmadi nəzərdən keçirmək və əməl olunmasına nəzarət;
- Qəzalar, hadisələr barəsində araşdırma aparmaq, qeydlər etmək və dərhal məlumat vermək;
- SƏTƏM rəhbərinə aylıq hesabatın verilməsi;
- Avadanlıq və texnikanın təhlükəsiz işləməsinə və quraşdırılmasına nəzarət;
- İş yeri: Lökbatan qəsəbəsi.
Tələblər
- Təcrübə: Müvafiq vəzifədə ən az 1 il;
- Dil bilikləri: Azərbaycan dili biliyi, peşəkar ünsiyyət və yazışma, ingilis dilində başlanğıc səviyyədə;
- Kompüter bacarıqları: Microsoft Office proqramları;
- Güclü ünsiyyət və təqdimat bacarığı;
- Tənqidi düşüncə və təhlil bacarıqları;
- Bir neçə prioritet məsələləri birlikdə idarə etmə bacarıqları.
- Vakansiya ilə maraqlanan şəxslər CV-lərini müvafiq vakansiyanın adını qeyd etməklə [email protected] mail ünvanına göndərə bilər.
Mühəndislik